ABŞ-da təəccüblü araşdırma - Su əvəzinə dərman qəbul edirmişik

6-04-2021, 10:08           
ABŞ-da təəccüblü araşdırma -
ABŞ-da su içmə vərdişlərinə dair aparılan bir araşdırma təəccüblü nəticələr ortaya qoyub.

Teref.Az bildirir ki, araşdırmalar göstərir ki, kifayət qədər su içməyən bir çox insan dərman qəbul edərək susuzluqdan qaynaqlanan simptomları aradan qaldırmağa çalışır.

Bədənimizin təxminən üçdə ikisi sudan ibarətdir və kifayət qədər çox su içmək sağlamlıq üçün vacibdir. Bu elmi həqiqət hər kəsə məlum olsa da, əksər insanlar tərəfindən tətbiq olunmur.

Baş ağrısı, başgicəllənmə, yorğunluq susuzluq əlamətləridir

Tədqiqatın ən təəccüblü nəticələrindən biri də bir çox insanın baş ağrısı, yorğunluq və başgicəllənmə kimi susuzluq əlamətlərini içməli su əvəzinə dərmanlarla aradan qaldırmağa çalışmasıdır. Araşdırmada 2 min insanın su içmə vərdişləri izlənilib. Tədqiqat göstərib ki, hər 3 iştirakçıdan 2-si susuzluqdan qaynaqlanan rahatsızlıqlarını aradan qaldırmaq üçün ağrı kəsicilər qəbul etməyə üz tutub.

Tədqiqat əksəriyyətin gündəlik içməli olduqları suyun yarısını belə qəbul etmədiklərini ortaya qoyub. Mütəxəssislər çox az su içməyin bir çox xəstəliyə səbəb olduğunu bildirirlər. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru