Qaradağda oğurluq – Yanğınsöndürmə avadanlıqları oğurlandı - Açıqlama

6-04-2021, 23:55           
Qaradağda oğurluq –
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park-2” yaşayış massivində oğurluq hadisəsi qeydə alınıb.

Oğurluğa girən şəxs(lər) binanın yanğınsöndürmə avadanlıqlarını-su şlanqlarını oğurlayıb.

Bu barədə Correct.az-a məlumat verən journalist Rövşən Əsədov bildirib ki, oğurluq hadisəsi ilə bağlı aidiiyyəti üzrə hüquq-mühafizə orqanlarına, Fövqəladə Hallar Nazirliyinə məlumat verilib: “Oğurluq olan gün yerli polis bölməsinə məlumat vermişik. Eyni zamanda 112 qaynar xəttinə müraciət edərək Fövqəladə Hallar Nazirliyindən nümayəndə gəlməsini tələb etmişik. Bildirmişik ki, nümayəndə gələrək faktı yerində aktlaşdırsın. Sabah baş verə biləcək bədbəxt hadisə-yanğın zamanı yüzlərlə insanın həyatı təhlükə altındadır. Hələ ki, müraciət etdiyimiz qurumlardan adekvat cavab ala bilməmişik. FHN isə müraciətə 15 iş günü ərzində baxılacağını bildirir. Ümid edirik ki, 15 iş günü ərzində heç bir yanğın hadisəsi çıxmasın. Hadisə baş versə hamımız od tutub yanacağıq”.

Correct.az saytına açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, yanğın təhlükəsizliyinə dair avadanlıqların saz vəziyyətdə və yerində olmasına cavabdeh şəxs Mənzil Tikinti Kooperatividir. Oğurluq olduğu təqdirdə onlar həmin avadanlığın yerinə qoyulmasını təşkil etməlidir: “Binaların, yaşayış komplekslərin həyətində və binanın içərisində olan yanğın təhlükəsizliyinə dair dolabların, yanğın yeşiklərinin, yanğınsöndürən balonların, siqanizasıya qurğularının, tüstü datçiklərinin, su dirəklərinin, su hidrantlarının və s. yanğın təhlükəsizlik avadanlıqlarının işlək və saz vəziyyətdə olmasına binaların idarəçiləri yaxud cavabdeh şəxslər (komendatlar) tərəfindən təmin edilməlidir. Əgər hər hansı qurğu yaxud avadanlıq oğurlanarsa bunu idarəçilər tərəfindən yerinə qoyulmasını təşkil etməlidir.

Təbii ki, ərazidə olan nəzarət müşahdə kameralarının köməyi ilə oğurluğu edənin tapılması üçün hüquq mühafizə orqanlarına müraciət edə bilər. Nəzərə almaq lazımdır ki, fövqaladə hallardan heç kim sığortalanmayıb. Əgər yanğın hadisəsi baş verərsə və o ilkin yanğınsöndürmə avadanlıqlar yerində olmazsa yaxud nasaz vəziyyətdə olarsa bu baş verən hadisənin miqyasının böyüməsinə, insanlara və əmlaka dəyən zərərin daha çox olmasına səbəb ola bilər.Ona görə yaşayış binalarında yanğın təhlükəsizliyinə aid avadanlıq və qurğuların daim işlək və saz vəziyyətdə olmasına diqqət etmək lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.