Müsəlman qadının cinsi əlaqə üsulları: Bu kitab satış rekordu qırır

7-04-2021, 08:11           
Müsəlman qadının cinsi əlaqə üsulları:
Dünyada ilk dəfə müsəlman qadınları üçün seks-bələdçi kitabı satışa çıxarılandan sonra rekorda doğru yüksəlməkdə davam edir.

"The Guardian" xəbər verir ki, müəllif öz adını anonim saxlamağa üstünlük verərək, Umm Muladxat təxəllüsündən istifadə edib. 54 səhifəlik kitabda düzgün öpüşməkdən tutmuş seksual pozalara qədər bir çox intim mətləblər şərh olunur. "Halal kitab"ın müəllifi hesab edir ki, müsəlman qadınların öz cinsi həyatlarından zövq almağa haqları var və almalıdırlar.

Eyni zamanda kitabda ona da xüsusi diqqət çəkilir ki, müsəlman qadın yalnız öz əri ilə sekslə məşğul olmalıdır.

Dindar tənqidçilər müəllifi ittiham etməyə artıq macal tapıblar. Onların arqumenti budur ki, qızlar hər şeyi öz analarından öyrənirlər, bu, onlara lazım deyil!

"Mən şübhə edirəm ki, hansısa ana mənim qədər ətraflı izah edir", - deyə müəllif öz növbəsində tənqidçilərə cavab verib.

Tənqidlərlə yanaşı, bəzi müsəlman qadın təşkilatları kitabı tərifləyib və bəyan ediblər ki, kitab müsəlman qadınlara azadlıq verəcək və onları təhqiramiz intim yeknəsəqlikdən qoruyacaq. Xüsusilə, "Böyük Britaniyada Müsəlman Qadınların Şəbəkəsi"nin sədri Şaysta Qohir bildirib ki, İslamda seks haqda danışmaq yeni deyil, keçmiş alimlər də qadınların müxtəlif cür həzz almalarının vacibliyini vurğulayıblar./ Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru