Rusiyalılar nədən daha çox qorxurlar?

21-04-2021, 00:01           
Rusiyalılar nədən daha çox qorxurlar?
Ekspertlər hesab edirlər ki, rusiyalılar hətta etirazçılarla razı olmasalar belə, təhlükəsizliklərinə görə həyəcan keçirirlər

Cari ilin ilk rübündə rusiyalılar ən çox polis və məhkəmələrin hərəkətləri qarşısında qorxu hissi keçiriblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə İctimai Əlaqələrin İnkişafı Şirkətinin (İƏİŞ) hazırladığı "Milli həyəcan indeksində"ki məlumatlardan bəlli olub.

Qorxu yaradan amillər arasında ikinci yerdə canavarların hücumu, habelə Rusiyanın bəzi regionlarının – Arxangelsk, Omsk, Nijeqorodsk, Smolensk, Pskov, Moskva, Kirov vilayətləri, Komi, Kareliya və Buryatiya mahallarının əhalisi üçün aktual olan çaylarda suyun səviyyəsinin artımı gəlir.

Ölkə əhalisini narahat edən qorxulu fikirlər içində üçüncü yeri isə Aleksey Navalnının Korrupsiya ilə mübarizə fondu (Ədliyyə nazirliyi tərəfindən xarici agent funksiyasını yerinə yetirən təşkilatların reyestrinə daxil edilib) ətrafında yaranmış vəziyyətlə əlaqədar baş verə biləcək "inqilab və təlatümlər" gəlir.

İƏİŞ-də hesab edirlər ki, rusiyalılar hətta etirazçılarla razı olmasalar belə, təhlükəsizliklərinə görə həyəcan keçirirlər.

Rusiyalılar qorxu doğuran amillər arasında həmçinin koronavirusun yayılması ilə bağlı epidemioloji vəziyyəti, ABŞ-la münasibətlərin kəskinləşməsini, Donbasda hərbi münaqişə və ərzaq məhsullarının qiymətinin artmasını göstəriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru