Bir bu qalmışdı , bu da oldu...

6-05-2021, 00:02           
Bir bu qalmışdı , bu da oldu...
Mahizər Salmanova bir müddət öncə yerli mediada Afrikada susuzluqdan çəkən müsəlman əhali üçün 1 milyon dollar yardım etməsi ilə gündəmə gəlib.
Bu dəfə M. Salmanova ailə qurması ilə gündəm olub. Lakin biznes ledinin toyunda ən çox diqqətçəkən məqam onun həmcinsi ilə evlənməsidir.
Bu barədə SHOWNEWS.AZ Mahizər Salmanovadan müsahibə alıb.
- Evləndiyiniz xanımla necə tanış olmusunuz?
- Ailə qurduğum xanım polis əməkdaşıdır. Avtomobil idarə edən zaman qırmızı işıqdan keçdim. Avtomobilimi saxlamağımı əmr verdi. Deməzdim ki, bu ilk görüşdən məhəbbətdir. Amma ilk tanışlığımız yolda oldu. 8 ay ünsiyyətimiz, tanışlığımlz davam etdi.
Bakıda qızlar yol polisləri ilə necə tanış olursa, məndə də elə oldu (gülür).
- Neçə yaş fərqiniz var?
- Aramızda 12 yaş fərqi var. O, məndən böyükdür. Dəli kimi sevirəm. Həyatımın sevgisini tapdığım üçün xoşbəxtəm.
- Bildiyim qədər siz daha əvvəl kişi ilə ailəli olmusunuz...
- Bəli, ailəli olmuşam. Kişi sevgililərim də olub. Amma hər zaman hiss edirdim ki, bu münasibətlərdə nə isə çatışmır. Özümü tam xoşbəxt hiss edə bilmirdim. Sonralar anladım ki, mənim ehtiras hissim həmcinslərimədir. Bunu dərk edib, qəbullanandan sonra xoşbəxtliyimi tapdım.
- Ailəniz bu münasibətinizə necə baxır?
- 4 bacım var. Yeznələrim namaz qılırlar. Anlayıram bunu onlar asan qəbul etməyəcək. Mənə də çətin olacaq. Nə olsa da, onlar mənim doğmam, canımdan-qanımdan biridirlər. İnanıram ki, onlar məni düzgün anlayacaq və qəbul edəcəklər.
- Özünüzü əməliyyatla kişi etməyi düşünmüsünüz heç?
- Yox, heç vaxt övladım var. Nə olsa da, mən övladımın anasıyam. Kişi vidində olmağı heç vaxt xəyal etməmişəm. Hətta qadın görkəmində kişiləri qəbul etmirəm. Azərbaycana baxanda dəhşətə gəlirəm. Bakı nə günə qalıb?! Geylər parik taxır, arxasını əməliyyatla böyüdür, arvaddan betər makiyaj edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.