Energetika Nazirliyinin 5 may məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 68,56 dollara satılır. Bu, büdcə qiymətindən 28,56 dollar yuxarı qiymətdir.
Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvar və fevral aylarında 593 min barrel, mart ayında 592,1 min barrel olub. Beynəlxalq razılaşmaya əsasən, Azərbaycan gündəlik hasilatı mayda 603 min barrel, iyunda 610 min barrel, iyulda 620 min barrel həcmində saxlamalıdır.