Tarixdə bu gün......

6-05-2021, 08:28           
Tarixdə bu gün......
6 may 1905-ci il...
Silahlı erməni quldurları Naxçıvan ərazisində azərbaycanlılara qarşı dəhşətli qırğın həyata keçirirlər.

6 may 1989-cu il...
SSRİ Nazirlər Sovetinin qərarı ilə DQMV-dakı idarə və müəssisələr Azərbaycan SSR-in tabeliyindən çıxarılır. Vilayət ərazisində bununla da azərbaycanlıların yaşadıqları məntəqələrin ermənilər tərəfindən blokadasına imkan yaranır.

6 may 1991-ci il...
Erməni terrorçuları tərəfindən törədilən partlayış nəticəsində Kolonyurd vağzalında 12 azərbaycanlı öldürülür.

6 may 1991-ci il...
Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobusuna ermənilər tərəfindən raket mərmiləri atılır.

6 may 1992-ci il...
Füzuli rayonunun Qacar və Divanalılar kəndləri ermənilər tərəfindən zirehli maşınlardan, Füzuli şəhəri isə toplardan atəşə tutulur. Ölən və yaralananlar olur.Rayonun Qacar, Divanalılar, Hoğa (Üçbulaq) kəndlərinin ərazilərinə erməni yaraqlılarının basqını nəticəsində 2 nəfər azərbaycanlı həlak olur, 5 nəfər isə yaralanır.

6 may 1992-ci il...
Naxçıvanın Sədərək qəsəbəsi, eləcə də Havus, Günnüt, Yuxarı Yaycı kəndləri erməni yaraqlılarının basqınına məruz qalır. Baş verən döyüşlərdə 3 nəfər (Asəf Əbülfəz oğlu Həsənəliyev və daha iki nəfər) həlak olur, 45 nəfər yaralanır.

6 may 1993-cü il...
Füzuli rayonunun ermənilərlə həmsərhəd olan kəndləri ermənilər tərəfindən atəşə tutulur. Ölən və yaralananlar olur...

6 may 1993-cü il...
Qubadlı, Goranboy, Zəngilan və Ağdam rayonlarının əraziləri ermənilər tərəfindən atəşə məruz qalır.
Cəmil Məmmədli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru