Azərbaycanda kişini qadına çevirən əməliyyatın QİYMƏTİ – Ən çox müştəri hardan gəlir?

6-05-2021, 11:17           
Azərbaycanda kişini qadına çevirən əməliyyatın QİYMƏTİ –
Statistikaya görə dünyada ən çox kişilər qadın olmaq arzusundadır. Belə ki, son 2 ilin nəticələrinə görə, ən çox dünya əhalisinin kişi nümayəndələri cinsiyyətini dəyişmək üçün klinikalara müraciət edirlər.

Məşhur seksapotoloqların fikrincə, bir insanın cinsiyyətini dəyişmək istəyi birdən-birə əmələ gəlmir. Bu ən çox uşaqlıq travmasından, bəzən isə tərbiyəsindən irəli gəlir.

Çünki bəzən tərbiyə ilə bağlı analoji hadisələrə də rast gəlmək olur. Məsələn Hollivud ulduzları Ancelina Colinin 14 yaşlı qızı oğlan kimi geyinib, saç düzümü etdirməyi sevir. Ulduz ana isə ona heç bir qadağa qoymur. Dəfələrlə o, açıqlamasında övladlarının heç bir seçiminə qarışmayacağını bildirib. Bir neçə il bundan əvvəl Ruminyada bir ailənin başçıları uşaqlıqdan oğlanlarını qız təbiətində böyüdüb onu homoseksualist olmasına şərait yaratdığına görə cəzalandırılıb. Belə ki, hər zaman qız valideynləri olmaq arzusunda olan insanlar sonuncu oğul övladlarını qız kimi böyütməyə başlayıblar. Beləliklə, uşaqlıqdan onu qızlığa meyilli tərbiyə etdiklərinə görə “gey” kimi böyüyən uşaq, həyatını məhv etdiklərinə görə valideynlərini məhkəməyə verib.

Mən kişi kimi xoşbəxt olmamışam, qoyun qadın olum...

Türkiyəli müğənni Bülənt Ərsoy müsahibələrinin birində cinsiyyətini dəyişdirmək üçün əməliyyata pul toplamaq məqsədi ilə 2 il ən ucuz pavilyonlarda oxumağa razılıq verdiyini belə deyib. İki ildən sonra 1982-ci ildə lazım olan 40 min dolları toplayıb Londonda əməliyyat keçirərək qadın olub. Bunun səbəbi haqqında danışan müğənni "Kişi kimi heç vaxt xoşbəxt olmamışam. Layiq olduğum qiyməti isə qadın olduqdan sonra alacağımı düşünmüşəm",- deyə bildirib.


Bəzi cinsi azlıqlar cinsiyyəti dəyişmək üçün bir lüzum görmədiklərini bildirsələr də, bəziləri üçün bu həyati məsələyə çevrilir.


Çox vaxt cinsiyyətini dəyişmək istəyənlər pul müqabilində seks işçisinə çevrilənlər olur. Yəni bu əməliyyatlara seks xidmətlərini təklif edənlər daha çox üstünlük verirlər. İnsan haqlarını müdafiə edənlər isə ümumiyyətlə, şəxslərə layiq olduğu qiyməti cinsiyyətinə görə verməmək haqqını tələb edir.

“Gey”lərə “üzdəniraq” deyə xitab edənlər...

Bəs, əslində məsələ necə formalaşıb. Cəmiyyətdə və qanunda bu necə qəbul olunur. Azərbaycan əsasən müsəlman ölkəsi və özünə uyğun mentalitetə sahib olduğu üçün bu məsələyə normal baxış cüzi bir hissəyə aiddir. Qalan çoxluq isə “gey”lərə “üzdəniraq” deyə xitab edərək, onları cəmiyyətdən dəf etməyə, onlarla heç bir əlaqə qurmamağa çalışırlar. Kimi bu insanlara xəstə, kimi isə əsl “üzdəniraq” kimi baxırlar. Məhz buna görə də bir çoxu əməliyyat etdirməklə tam bir qadın və ya kişi kimi formalaşmaq istəyirlər.

Azərbaycanda cins dəyişmək əməliyyatı az-az baş versədə, verilən qeyri-rəsmi məlumatlara görə bir çox klinikalar bu işlə məşğul olurlar. Qiymətlər isə nə az, nə çox 12 minlə - 30 min arası dəyişir. Çünki, bu əməliyyatlar müxtəlif proseslərdir və qiymətləri də fərqlidir. Belə ki, qadının kişiyə çevrilməsi əməliyyatı daha çətin prosesdir və bu 2 mərhələdə 12 saat həyata keçirilir. Birinci mərhələdə orqanın dəyişdirilməsi prosesi baş verir, ikinci mərhələdə isə protezlər yerləşdirilir. Kişini qadına çevirmək üçün edilən əməliyyat isə öncəki əməliyyatdan daha asandır. Bu əməliyyat 2-4 saat davam edir və birmərhələli olaraq həyata keçirilir.

Silikonlu “gey”lər...

Lakin bəzi “gey” lər yalnız sinə əməliyyatı etdirib, silikonlardan istifadə edirlər. Bununla yanaşı onlar kişi cinsiyət orqanlarını saxlayıb, əlavə olaraq qadın kimi sinə qoydururlar. Bu cür əməliyyat isə 4000-5000 manata başa gəlir.



Statistikaya görə, cinsiyyəti dəyişdirmək üçün İran İslam Respublikası dünyada birinci pillədə durur. Ən çox əməliyyatlar bu ölkədə keçirilir. Burada həm də qiymətlərin ucuz olması, bu bazarı digər insanlar üçün də caiz edir.


Məlumata görə, qadını kişiyə çevirmək 8 min, kişini qadına çevirmək isə 6 min dollardır. Türkiyədə isə bu əməliyyatın qiyməti nə az, nə çox 140 min manatdır. Türkiyədə həm cinsiyyət orqanının dəyişdirilməsi ilə bağlı qanun ciddi olduğuna, həm də qiymətlərin baha olmasına görə türklər bu əməliyyat üçün Azərbaycana üz tuturlar.

Bu barədə internetdə apardığımız araşdırma zamanı məlum olub ki, bu əməliyyatla ən çox adı hallanan İstanbul NS və Xətai klinikalarıdır. Lakin burada da bəzi istisnalar var.

Homoseksuallar və biseksuallar

Belə ki, bəzi cərrahlar yalnız iki cinsiyyət üzvü ilə dünyaya gələnləri - biseksualları əməliyyat etdiklərini bildirirlər. Qalan hallarda is bu cür əməliyyat istəyənləri həkim psixoloqa müraciət etməyi məsləhət görürlər. Bundan başqa bu cür əməliyyatlar 18 yaşdan sonra edilir, çünki bu yaşa qədər orqanizmdə inkişaf getiyi üçün bu qadağandır.

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, qanunla belə əməliyyatlar qadağa deyil.

“Azərbaycanda bu cür əməliyyatları nəzərdə tutan qanun, buna hüququ qaydada qiymət verən xüsusi qadağa yoxdur. Lakin ola bilər səhiyyə qanunlarına görə hansısa xüsusi qadağalar var. Məsələn vaxt var idi abort qadağa idi, lakin sonradan bunu insanların seçiminə buraxdılar və bu leqallaşdı. Bundan başqa hamıya məlumdur ki, bu cür əməliyyatların çox hissəsi xarici ölkələrdə baş tutur. Bu cür insanlar haqqında vətənə qayıtdıqdan sonra heç bir məsuliyyət nəzərdə tutulmur”.

Cinsini sənədlərdə dəyişmək olarmı?

Vəkil burada yalnız şəxsiyyət vəsiqəsi və digər sənədlərlə prolemin yarandığını bildirib. Çünki Azərbaycan qanunlarına görə bu cür insanların cinsiyyətini dəyişərək yeni şəxsiyyət vəsiqəsi verilmir.

“Azərbaycan qanunvericiliyində belə bir maddə yoxdur. Lakin istisna halları da var. Bunun üçün cinsini dəyişən şəxs, ilk növbədə, bununla bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmə qərarından sonra həmin şəxs şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün qeydiyyatda olduğu rayon, şəhər və s. üzrə polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinə müraciət edə bilər. Bundan əlavə onda cinsini dəyişmək haqqında həkimdən rəy də olmalıdır”.

Buna heç bir qadağa yoxdur...

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Bizim.Media-ya bildirib ki, Azərbaycanda bu cür əməliyyatlar keçirilir və bu qanuna zidd deyil.

“Bu cür əməliyyatların keçirilməsinə heç bir qadağa yoxdur. Son zamanlar klinikalara bu cür müraciətlər artıb. Bundan başqa Azərbaycanda bu cür əməliyyatlar keçirilir”.

Vüsalə Balayeva, Bizim.Media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.