Bu meyvə və tərəvəzlərin qiyməti artdı – SİYAHI

29-05-2021, 16:29           
Bu meyvə və tərəvəzlərin qiyməti artdı – SİYAHI
2021-ci ilin aprel ayında meyvə və tərəvəzlərin topdansatış dəyərlərindəki aylıq və illik qiymət dəyişiklikləri açıqlanıb.

TİA.AZ xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzi hesabat yayıb.

Hesabata əsasən, ilin aprel ayında meyvələrdən armudun (“Krasavitsa”, “Meşə gözəli” sortları), limonun, tərəvəzlərdən kələmin, balqabağın və pomidorun topdansatış qiyməti əvvəlki aya (mart) nisbətən artıb.

Aylıq müqayisədə meyvələrdən çiyələyin (“yerli”), tərəvəzlərdən gül kələminin, xiyarın, sarımsağın dəyəri aşağı düşüb.

Məhsulların 2021-ci ilin aprel ayındakı topdansatış qiymətini ötən ilin müvafiq ayı ilə müqayisə etdikdə tərəvəzlərdən kartofun (“Təzə”), pomidorun (“Bakı”), yerkökünün və lobyanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub.

İllik müqayisədə meyvələrdən alma (“Simerenko”, “Palmet”), armud, üzüm, limon və alçanın dəyəri azalıb. Tərəvəzlərdən xiyarın, çuğundurun, kələmin, gül kələminin, balqabağın, soğanın və pomidorun (“Şəmkir”) dəyəri azalıb. Digər kənd təsərrüfatı məhsullarının qiyməti isə sabit qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru