Polisin güllələdiyi həmyerlimiz barədə yeni XƏBƏR VAR – FOTO
29-05-2021, 17:13
Xəbər verdiyimiz kimi, Novosibirsk yolunda polisin ehtiyatsızlığı üzündən 19 yaşlı həmyerlimiz başından güllə yarası alaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
NOCOMMENT yerli teleqram kanallarına istinadən xəbər verir ki, yerli polis şöbəsi hadisənin təfərrüatlarını açıqlayıb. Yayılan rəsmi məlumata görə, polis “dayanma” əmri verərkən Vkil özü sükan arxasında olub.
Sükanı sağ tərəfdə olan “Toyota” markalı maşının bütün şüşələri qara plyonka ilə örtüldüyündən polis maşından şübhələnib. Polislərin təqibindən sonra Toyota yoldakı kafelərdən birinin qarşısında dayanıb və maşından düşən 3 nəfərin hərəsi bir tərəfə qaçıb. Polislər sol tərəfdə oturanı sürücü zənn etdikləri üçün onu yaxalayıblar. BU zaman Vəkil polislərə yaxınlaşaraq bəlkə də onun sürücü olduğunu demək istəyib, amma hadisələr tam fərqli ssenari üzrə cərəyan edib.
Polis əməkdaşının əlindəki tapançanın qəfil atəşi nəticəsində Vəkil başından güllə yarası alıb və yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onun üzərində əməliyyat olunub, amma vəziyyəti ağırdır və süni tənəffüs aparatına qoşulub.
Polis əməkdaşı isə bölmədə ifadə verib və hazırda ona qarşı iki maddə üzrə cinayət işi açılıb…