Koronavirus peyvəndi tarixin ən böyük biznes planıdır - Epidemioloq professor
30-05-2021, 00:01
Dövlətlər və hökümətlər hər cür hiyləgərliyə əl atacaqlar ki, öz biznes planlarını həyata keçirsinlər. Onlar hər gün fikirlərini dəyişəcəklər. Onlara görə hamı, qocalar da, cavanlar da, xəstələr də, sağlamlar da, yoluxanlar da – peyvənd vurdurmalıdır. Halbuki epidemioloji qanunlara görə bu cəfəngiyyatdır.
Medicina.az xəbər verir ki, bu sözləri rusiyalı epidemioloq, professor İqor Qundarov deyib.
Epidemiologiyada bir qanun var: epidemiya davam etdiyi sürəcdə peyvənd etdirmək əks göstərişdir və bu bütün peyvəndlərin təlimatında qeyd olunub.
Əks göstəriş insanlar üçün yox, ümumi epidemioloji vəziyyətə görədir.
“Onların planı budur ki, payıza kimi 70% əhalini peyvənd etsinlər. Amma hələ ki, Rusiyada bu rəqəm 13%-dir. Bu onlar üçün fiaskodur, dözülməzdir. Ona görə payızda elə edəcəklər ki, çox adam məcbur peyvənd olunsun”.
1 ildir ölkədə və dünyada bir çox ağıllı, savadlı, öz fikri olanların peyvəndlər haqqında real təbliğatının nəticəsidir ki, insanlar peyvəndə tələsmir. İnsanlarımız reklama uymadılar. Ona görə peyvəndin sahibləri başqa hiyləğər planlar, tələlər quracaqlar.
“Rospotrebnadzor deyir ki, virusa yoluxanların immuniteti peyvənddən qat-qat güclüdür. Əlbəttə ki, belədir. Amma sonra deyir ki, onlar da yoluxandan 6-8 ay sonra peyvənd olunmalıdır. Çünki antitellər bir iki aya itir.
Sual verirəm. Sübut edə bilərsən? Yoluxanların bədənində heç immunitet olmadığını necə sübut edəcəksən? Hansı elmi əsaslarla. Sübut etmək üçün geniş tədqiqatlar, araşdırmalar lazımdır. İndi heç kim bu elmi araşdırmaları aparmır.
Dəqiq cavab yoxdur: təbii immunitet nə qədər davam edir? Ola bilməz ki, təbiət bu cür güclü virusa qarşı cəmi bir neçə aylıq immunitet versin. O halda ola bilər ki, virus süni yaradılıbsa.. Təbii virusda orqanizm maksimum davamlı müdafiə ilə təmin edilir”.
Qundarov bildirib ki, şəxsən heç bir ölkənin səhiyyə sisteminin məsləhət, tövsiyələrinə inanmır. Çünki sübutsuz, dəlilsiz danışırlar, fikirləri ancaq bacardıqca çox vaksin satmaqdır.
Heç bir bəyanatda professional fikri nəzərə alınmayıb. Vaksin təmiz biznesdir, epidemologiya qanunlarını qəbul etməyən biznes.
Teref.az