Üç cüt qanad: yeni nəsil təyarələr- Foto

31-05-2021, 08:13           
Üç cüt qanad: yeni nəsil təyarələr- Foto
ABŞ-ın Alabama ştatında yerləşən “Super Efficient Aeronautics” startapı tamamilə yeni genişgöyərtəli təyyarə konseptini təqdim edib.

Teref.az Virtualaz.org-a istinadən xəbər verir ki, “SE Aeronautics” üç cüt qanada malik SE200 təyyarəsinin havaya ənənəvi təyyarələrə nisbətən 80% az karbon qazı buraxacağını bildirib. Hələ ki, ancaq kompüter qrafikası şəklində olan təyyarənin 264 sərnişin daşıyacağı, səs sürətinə yaxın 0,9 max (1100 km/saat) sürətə və 17 min kilometr uçuş radiusuna malik olacağı deyilir.

O, bütün parametrlərinə görə hazırkı analoqlarını üstələyir. Əsas fərqlərindən biri isə yanacağı 70% az işlədəcəyidir. Üç cüt qanaddan əlavə, təyyarənin quyruq konstruksiyası da fərqli olacaq. O, qısa uçuş-eniş zolaqlarına da enib-qalxa biləcək.

Quruluşunda kompozit materiallardan istifadə olunması SE200-ün tikilmə vaxtını iki dəfə azaldacaq.

Təyyarənin ilk nümunəsinin nə vaxta hazır olacağı haqda startap heç bir məlumat verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru