İmtahandan öncə zehni POZAN QİDALAR: Qərar vermək çox çətin olacaq

31-05-2021, 08:23           
İmtahandan öncə zehni POZAN QİDALAR:
Bəzi qidalar şagirdlərin və tələbələrin idrak funksiyalarını pozur, imtahanlara hazırlaşma qabiliyyətlərini mənfi təsir göstərir.

Publika.az xarici KIV-ə istinadla bu qidaların siyahısını təqdim edir:

Şirniyyat

Tərkibi yüksək olan qidalar beyinə zərərlidir. Həm qısamüddətli, həm də uzunmüddətli yaddaşa mənfi təsir göstərir. Bu səbəbdən imtahanlara hazırlaşan insanlara pəhrizdəki şirniyyat miqdarını azaltmaları tövsiyə olunur.

Qızardılmış yemək

Qızardılmış qidalar da beyinə mənfi təsir göstərir. Çünki doymuş yağlar və xolesterol beyinə qan axınını qismən bloklayır.

Trans yağlı qidalar

"Fast food" da daxil olmaqla yüksək yağlı qidalar zehni qabiliyyəti azaldır, qərar vermə prosesini ləngidir. İnsanların imtahanlar zamanı vacib olan şeyləri düşünmələrini, saymalarını və etmələrini maneə törədir.

Bütün sadalanan qidalar əvəzinə vitaminlər və minerallarla zəngin balanslı pəhriz istifadə etmək tövsiyə olunur.

Bu cür qidalar beynin daha yaxşı işləməsinə və imtahanlara daha asan hazırlaşmağa kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru