Başçı müavini ilə sakinlər arasında qarşıdurma – SAXLANILAN VAR

31-05-2021, 09:49           
Başçı müavini ilə sakinlər arasında qarşıdurma –
Samux rayonu, Sarıqaya kəndində yanğın hadisəsi baş verib.

Teref.az BAXAR.AZ-a istinadən xəbər verir ki, Nailə İslam qızı Əliyevaya məxsus fermanın 250 kv. metr sahəsi yanıb. Sahibkara minlərlə manat ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunsa da, yanğına tam müdaxilə edə bilməyiblər, fermanın 250 kv. metr sahəsi tamamilə yanıb.

Eyni zamanda, əraziyə Samux RPŞ, Samux RİH-nin əməkdaşları da cəlb olunub. Samux RİH-nin başçısının müavini Arif Ağayevlə sakinlər arasında qarşıdurma yaşanıb. Əliyev Fərman İslam oğlu zorakılıq yolu ilə polis tərəfindən saxlanılıb. Hazırda ona yaxın insanlar Samux RPŞ-nin qarşısına toplanır.

Məlumatı qarşıdakı müddət ərzində yeniləməyə çalışacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru