“Dövlətdən pul çırpışdırmaq yox, maddi kömək etmək üçün yol axtarmaq lazımdır” - Mirşahin
1-06-2021, 00:07
“Yaşıllıqlı, şəlaləli, tramvaylı, ağıllı-kamallı Ağdam. Qaragüruhun populizaminə hesablanan, bəzən təsirsiz də ötüşməyən bir yanaşması barədə də danışaq. Adətən onlar nisbətən bahalı, çox vəsait sərf edilən layihələri ictimai lənət obyektinə çevirir. Məsələni bir vətəndaşın soyuducusu və sanuzeli arasındakı bir neçə metrlik məsafəyə qədər kiçildirlər”.
Pravda.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
M.Ağayev qeyd edib ki, inşa edilən binaların tarix üçün qalım dəyəri, keçmişin gələcəkdə ziyarət oluna biləcək nişanə əhəmiyyəti qəsdən arxa plana atılır: “Uzuc bir kommunal əxlaq aşılanır ki, camaatın bu günündə, camaatın o günündə və sair və ilaxır. Onda gərək əsrlər əvvəl Qız Qalasını da tikməyəydilər, Tac Mahalı da inşa etməyəydilər, Səadət sarayını da ucaltmayaydılar... Çünki o zaman da insanların qarnı var idi. Yanaşma düzgün deyil, əbəttə. Xalqın qarnı kimi, qədri də var. Və tarix Qədir Binalarının yerini bilir. Dövlət Ağdama, Qarabağa pul əsirgəməməlidir. YAŞAT fondunun marafonuna da biz bu baxımdan yanaşmalıyıq. Dünyanın hər yerindən azərbaycanlılar bütün imkanlarıyıla, dolları, dinarı, rublu, funt-sterlinqi ilə burda, milli valyutamızın-manatımızn yanında olmalıdır. İndi Qarabağı biz qurmalı, biz də qorumalıyıq. Amma necə? Məsələn, Şuşada Bülbülün büstü qarşısında uvertüraya kövrəkcəsinə, gözləri dolmuş halda qulaq asanlar Polad Bülbüloğlunu internet resurslarında təhqir edən, yumşaq desək, mədəniyyətsizlərə susursa bu iki üzlülük, riyakarlıqdır! Azərbaycanın əfsanəvi bəstəkar-müğənnisi, uğurlu diplomatı Polad Bülbüloğlunu qorumaqdır bu gün Qarabağı qorumaq. Biz bunu etməyəcəydiksə, onda Qarabağ uğrunda daha niyə şəhidlər verirdik ki? Şuşaya sıldırım qayalardan girib əlbəyaxa döyüşən, bu qürur pikini milli mənliyimizin ərazi bütövlüyünə qatan övladlarımız həm də Polad Bülbüloğlunun atasının, Böyük bəstəkar-müğəninin dədə-baba yurdundakı çinar uğrunda vuruşurdular. Bəstəkarlar İttifaqının bəyanatı hanı? Niyə bu qurum Polad Bülbüloğlunun təhqir edilməsi faktına etinasız yanaşır? Niyə bu qurum bir vəkil tutub bu tərbiyəsizliyi özünə rəva görən kəsi və ya kəsimi məhkəməyə vermir? Söhbət ziyalıdan gedir həm də. Hanı Yazıçılar Birliyinin sərt reaksiyası? Hanı Rəssamlar İttifaqının mövqeyi? Susduqca qudururlar axı... Ümumiyyətlə, cəmiyyət internet resurslarını bürüyən söyüş, təhqir pandemiyasına qarşı niyə heç nə etmir? Hanı bizim tanınmış ziyalılarımız? Niyə sosial şəbəkələrdə cəmiyyətin nüfuzlu şəxslərini, milli atmosferimizin yaşıl ciyərlərini hədəf alan məsuliyyətsizləri məhkəməyə vermək təşəbbüsləri yoxdur? Elə bu yerdə bu günlərdə çox aktual olan bir sual ətrafında fikirlərimi mən də bölüşmək istərdim. Şuşaya niyə məni yox, onu apardılar? Niyə Ağdama məni yox onu apardılar? Niyə mən yox o... Həmkarlarım, cavab verirəm: deyim ki, sizdən bir az fərqli düşünürəm. Neçə vaxtdır ki, bir ovuc sosmed tərbiyəsizinin şantaj və təhqirindən qorxaraq “etibarlı sığınacaq, gizlənc” axtaran, “dalğa çox bərk gəlir, əyilim üstümdən keçsin, sonra dikələrəm” deyən “eynək, kolba, xalat və qalstuk” plakatından düşmüş “ziyalı tipinin “abrına” qısılmışlar zümrəsinin bu gün kimdənsə inciməyinə əsas yoxdur! Əlbəttə, azad edilmiş ərazilərə hamı kimi onlar da getməlidir. “Dişsiz loyallar lojasının” fərsiz üzvləri yəni. Amma indi yox. Bir az sonra! Bir az başı aşağı! Bir az abrına qısılaraq!!! Heç bir halda indi yox. Təbii ki, azad edilmiş ərazilərə getmək xüsusi rütbə deyil, xüsusi imtiyaz deyil. Təbii ki, vaxtında bu yol da su yolu olacaq. 44 gün Qan Yolu olduğu kimi. Amma indi ora səfər imkanı ilk növbədə təltif kimi, mükafat kimi məhz Dövləti Fədakarcasına öz postunda qoruyanlara təqdim edilməlidir. İncik-incik “niyə onlara olar, bizə olmaz!??” sualı verənlərə isə təxminən belə cavab verilməlidir: “Siz öz “mənliyinizi” guya söyüşdən, təhqirdən qorxub “anklav qeyrətxanası” saxlayanda onlar çəkinmədən çarpışıb, pəncələşiblər! Ona görə onlar birincidirlər!” Media caməsində hamını əla tanıyıram! Hər kəsin beyninin də, qələminin də gücünə bələdəm. Bu bazarda məni aldada biləcək “piştaxta sahibi”, “tərəzi pərsəngi” yəqin ki, yoxdur!!! Bilirsiniz niyə gedilir o yerlərə? Dövlətimizin Qələbəgördüsünə! Əslində belə kütləvi səfərlər Prezidentin sonuncu Mətbuat Konfransının bir başqa şəkildə davamı olmalıdır. Növbə bizimdir!! Dünyaya biz xəbər verməliyik. Kanallarımızda. Saytlarımızda. Sosial şəbəkələrdə. Ən yaxşı yazını isə biz yaza bilməyəcəyik! Ona görə ki, o yazını hər iki əlini döyüşdə itirmiş döyüşçülərimiz yazıb!!! Hər iki əlini yazı ilə birlikdə bitirib! O yazını isə hər iki gözünü döyüşdə itirən digər əsgər oxuyub! Biz isə onlar qarşısında yalnız ayağa dura bilərik... ... baxmayaraq ki, onda da, hər iki ayağını itirmiş döyüşçüdən çox kiçik görünəcəyik! Qarabağ münaqişəsi bitib. İndi Azərbaycan üzərinə yürüyən ağzı qara güruhla çarpşışmaq vaxtıdır! Buyurun, Qarabağımızı burda qoruyaq! Vuruşduqlarınız natəmizlər olacaq. Ona görə də üstünüzü bulaşdırmaqdan qorxmayın! Qorxmadan, çəkinmədən vuruşun. Bu gün ağ adam vaxtı deyil, Ağdam vaxtıdır. Qara bığ vaxtı deyil, Qara bağ vaxtıdır! Polad Bülbüloğluna isə Şuşanın rəmzi kimi yanaşmağa tərbiyəmiz, əxlaqımız, mədəniyyətimiz, abrımız, namusumuz çatmalıdır. Tahir Salahov da vəfat etdi. Sayın, görün bu kalibrdə neçə azərbaycanlımız var?! Büstü güllələnmiş Bülbülə ağlayıb Poladın kölgəsini qılınclayırıq! Bu şikəstlikdir! Zəlillikdir. Mənəvi çatışmazlıqdır. Əlillərdən və əlilliyi üzünə niqab kimi çəkərək asan pul qazanmaq istəyənlərdən danışacağıq. Yeni bir araşdırmaya start veririk. Əmək və əhalinin sosial müdafiəsi nazirliyini internet resurslarında linc edənlər, bundan sonra bizi gözləsinlər. Beləlikə, ilk reportajımızı təqdim edirik:
Niyə: Bu idbarlıq niyə baş verir? Axı qazilərimizin haqqına girmək, onlara çatacaq vəsaiti oğurlamaqdır bu. Saxta diplom kimi saxta əlillik də dərhal ifşa edilməli, hətta cəzalandırılmalıdır. Uzun illər özünü əlil, şikəst, xəstə yerinə qoyub büdcədən pul almaqla, yol kənarında özünü kor, ya axsaq, yaxud boynunu dayanmadan əsdirən biri kimi gələn-gedənə göstərib pul almaq mahiyyətcə eyni şey deyilmi? Araşdırmalarımız davam edəcək, Böyük Qayıdış zamanı həm də bizim özümüzə qayıdışımız olmalıdır. Dəyişməliyik. Qələbə Azərbaycanlısı başqa cür olmalıdır. Dövlətdən pul çırpışdırmaq yox, dövlətə maddi kömək etmək üçün yol axtarmaq lazımdır. Dövlət formatlanır. Yeni dövlət üçün yeni təfəkkür tələb olunur. Ağıllı kənd, ağıllı şəhər, ağıllı ölkə. Biz təfəkkür, biz kənd, bic şəhər, bic ölkə yox! Şuşanı geri alan Azərbaycanlı Şuşasız azəraycanlıdan 100 əsr fərqlə irəlidədir. Qənimət Zahid kimi olmaq daha yaramaz: Bizdən ötrü isə Şuşa inzibati vahid, koordinasiya ifadəsi deyil. Müqəddəslik göstəricisidir. Və qaragüruhun aqitatorlarından biri, neçə illər əvvəl İranda ETTALAAT-la əməkdaşlıq müqaviləsi imzalayan, sonra da bu hadisəni mətbuat konfransı keçirərək cəmiyyətə çatdıran, bununla da guya özünü təmizləyən Qənimətdən bu misalı ona görə çəkmədim ki, bir az sonra Xudafərin körpüsünə qədəm qoyacaq və Tehran-Bakı münasibətlərinin öz tarixinin ən yüksək səviyyəsinə çatmasından danışacam. Əlbəttə Xudafərindən də danışacağıq. Amma əvvəlcə Qənimət Zahidin Şuşanı-xüsusilə indi, Azərbaycan xalqının qürur fırtınası yaşadığı bir dövrdə adiləşdirmək cəhdinin təhlükəli simtopmları barədə danışaq. Şuşa şəhər deyil, dəyərdir. Bu şəhərin dəyərini uğrunda axıdılan şəhid qanları müəyyən edib. Şuşanı adiləşdirmək, Qarabağın qaytarılmasını, Ərazi bütövlüyümüzün bərpa olunmasını adiləşdirmək, sıradan bir fakt kimi aşılamaqdır. Neçə illərdir ki, Azərbaycanı Avropanın hansısa quş yuvasına dəyişmiş və bununla da vətən havası, vətən hissini özündə ləğv etmişlərin Şuşanı gözdən salmaq cəhdidir.Koçaryan-Kərimli cinahının birgə platformasıdır bu. İndi isə Xudafərin körpüsünə getməyə hazırlaşaq”.