Qurban bayramı əsas diqqət yetirilməli məqamlar sən demə... - QMİ RƏSMİSİ AÇIQLADI

1-07-2021, 13:27           
Qurban bayramı əsas diqqət yetirilməli məqamlar sən demə... -“Qurban sözünün mənası - Allaha yaxınlıq deməkdir. İnsan elə bir iş görür ki, öz hərəkəti ilə, əməli ilə, Allaha yaxınlaşır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, Qurban bayramının tarixi çox qədimdir: “Qurban İbrahim Peyğəmbərin zamanından gəlir. Müqəddəs Quran kitabında da göstərilir ki, Allah-Təala İbrahim Peyğəmbərə əmr etdi. Bunun da öz fəlsəfəsi var. Yəni bu Peyğəmbərlə Allah arasındakı dostluğun imtahanı idi ki, Allah ona əmr etdi ki, əgər, sən həqiqi layiqli dostsansa, yuxuda Allah İbrahimə bəyan etdi ki, oğlunu qurban kəs. İbrahim Peyğəmbər 3 dəfə bu yuxunu eynilə görür. O artıq anlayır ki, bu yuxu Allah tərəfindən əmr olunmuş müraciətdir. İbrahim Peyğəmbər öz oğlunu qurban verərkən Allah onu qoçla əvəz edir. Bu da insanlığa işarədir ki, o zamanlar müəyyən insanlar selə, daşqına, oda öz övladlarını qurban verirdilər".

Fuad Nurullayev həmçinin qeyd edib ki, Allah-Təala övladlarımızın qurbanlığını istəmir: "Allah-Təala onu qoçla əvəz etdi. Biz qəlbimizdə olan kin-küdurəti Allah yolunda qurban verib təmizləyirik. Qurban payı 3 hissəyə bölünür. Bir hissəsi ailə üzvünə sərf edilir. Qalan iki hissəsindən biri yaxın qohum-əqrabalara, o biri hissəsi isə uzaq ətrafda olanlara paylanmalıdır. Elə qurban kəsilməlidir ki, o qurban layiqli pay olsun. Qurbanlıq qoçdan, qoyundan 8 aylıqdan 1 illik böyük olmalıdır. İribuynuzlu heyvanlar və dəvədən kəsə bilər. Əlimizdə olan təqvimə əsasən iyulun ayının 20-si Qurban bayramına təsadüf etməlidir. Dövlət səviyyəsində Qurban bayramı 2 gün yəni iyul ayının 20-si və 21-i götürülür".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.