"Öpüşməyə bir dəfəlik son qoymaq lazımdır" - Azərbaycanlı porfessordan "Delta" ştammı ilə bağlı ilginc açıqlama

1-07-2021, 16:19           
"Öpüşməyə bir dəfəlik son qoymaq lazımdır" -
"Şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalı, zərurət yarandıqda, fərdi qoruyucu vasitələrdən istifadə olunmalı, xüsusən "abnormal” ünsiyyət vasitəsi olan flematologiyaya (öpüşməyə) birdəfəlik son qoyulmalıdır. Əks halda, COVID-19 olmasa da, digər viral infeksiyaların qurbanı olacağıq”.

Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. O bildirib ki, "abnormal” ünsiyyət forması ölüm qorxusuna görə hazırda yaşlı insanlar arasında müşahidə olunmur, yalnız cavan adamlar arasında əvvəlkindən də çox yayılıb:

"Məhz bu səbəbdən, Birləşmiş Krallıqda COVID-19-a ("Delta” ştammı) yoluxma 12-20 yaş qrupları arasında artıq pik həddə çatıb. Digər tədqiqata görə, "Delta” ilə yoluxma riski xüsusən, flematologiyanın daha çox müşahidə edildiyi gənc, imkanlı uşaqlar arasında yüksəkdir. Rusiyada analoji hal, yəni virusun əsasən gənclər arasında yayıldığı rəsmən elan olunub. Bu, COVID 19-un gəncləşməsi deyil, yalnız söylədiyim ünsiyyət forması ilə əlaqədardır.

COVID-19-a münasibətdə sayıqlıq əldən verilməməlidir. Bu infeksiya ilə bağlı istənilən yeni məlumat fərdi şəxslər və Dövlət qurumları tərəfindən ciddi qəbul olunmalı, təhlil edilməli və bu mübarizənin gələcək strategiya və taktikası düzgün qurmalıdır”.

Mütəxəssis qeyd edib ki, COVID-19-un mövcud mutant ştammlarına, o cümlədən "Delta” və "Delta-plus” ştammlarına görə, hər hansı bir narahatlığa, gərginliyə, stressə və depresiyaya düşməyə, bədbinləşməyə və özünə qapanmağa əsas yoxdur:

"COVID-19-un özündən güclü "qatil” mutant ştammı yoxdur və ola bilməz. Ən uzun RNT genomuna malik (30 min) virus olduğundan hər ay onun sələfindən genom fərqliliyi göstərən 2 mutant şatmmı əmələ gəlməlidir və əmələ gəlir. Hazırda üzərində müşahidə aparılan daha 5 mutant ştamm var ki, onları da müvafiq olaraq - Epislon, Zeta, Eta, Teta deyə adlandıracaqlar. Mutant ştammlar törətdiyi klinik əlamətlərdən bir və ya bir neçəsinə görə, COVID-19-dan fərqlənə bilər. Lakin letallıq və arzuolunmaz proqnozuna görə heç bir halda COVID- 19-dan güclü və qorxulu ola bilməz. Belə bir mutantın yaranma ehtimalı yalnız 8-10 ildən sonra mümkündür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.