Körpəni bir neçə dəqiqəyə yatızdırma üsulu sosial şəbəkələrdə inanılmaz sürətlə yayıldı - VİDEO

2-07-2021, 07:28           
Körpəni bir neçə dəqiqəyə yatızdırma üsulu sosial şəbəkələrdə inanılmaz sürətlə yayıldı - VİDEO
Körpəni maraqlı üsulla bir neçə dəqiqə ərzində yatızdırmaq barədə video sosial şəbəkələrdə sürətlə kimi yayılıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Dörd uşaq anası Daniel Menton Kellinin paylaşdığı kadrlarda həkimin onun südəmər körpəsini qucağında yellədərək yatızdırması əks olunub.

Həkimin tövsiyəsinə əsasən ana ayaq üstə dayanmalı və körpəni kürəyi üstündə əllərində saxlamalıdır. Bu formada qalmaq uşağın düzgün həzmini təmin edir.

Kadrlardan görünür ki, bu formada yatan körpə bir neçə dəqiqə ərzində yuxuya gedir.

“Tez-tez valideynlərin körpənin sinəsini sığalladığını görmək olar, ancaq bunun heç bir faydası yoxdur”, - deyə həkim vurğulayıb.

Baş verənləri kənardan izləyən ana oğlunun heç bir zaman bu dərəcədə rahatlandığını görmədiyini bildirib.

“Bu, əladır”, - deyə o bildirib.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru