Oğurlanmış prezervativə görə bir-birilərini ittiham etdilər

7-07-2021, 00:11           
Oğurlanmış prezervativə görə bir-birilərini ittiham etdilər
Bakıda külli miqdarda dəyəri olan prezervativləri oğurlamaqda günahlandırılan İran vətəndaşı, 1977-ci il təvəllüdlü Bayat Hassan Alı və malların itməsi barədə polisə şikayət edən Moeinifard Seyidmohammad məsələ ilə bağlı danışıb.

Sfera.az xəbər verir ki, Seyidmohammad Mirvəliyullah açıqlamasında bildirib ki, prezervativləri anbardan AFEN Plazanın sahibi Əbülfət Əliyev götürüb:

"2019-cu ildə AFEN Plazanın sahibi Əbülfət Əliyevlə icarə müqaviləsi bağlamışam. İcarə ödənişi ilə bağlı heç bir problem yaşanmayıb. Lakin buna baxmayaraq iyulun 4-də anbara getdiyim zaman qapının sındırıldığını və anbarda mənə məxsus olan malların oğurlandığını gördüm. Plazanın sahibi Əbülfət Əliyevlə əlaqə saxlayıb malların oğurlandığını dedim. O isə mənə icarə haqqını ödəmədiyim üçün malları götürdüyünü dedi. Malların harada olduğunu soruşanda dedi ki, mallar Bayat Hassan Alının anbarındadır”.

Onun şəriki Bayat Hassan Alı da "Qafqazinfo”ya müraciət edərək bildirib ki, həmin mallar ona məxsusdur.

O, Moeinifard Seyidmohammad Mirvəliyullah tərəfindən şərləndiyini deyib: "Mən "Mehrmed-2” şirkətinin 50 faiz pay sahibiyəm. Həmçinin şirkətin direktoru və rəhbəriyəm. Gömrükdən 2018-ci ildə gəlmiş malları var idi və şərikim Seyidmohammad Mirvəliyullah onları qeyri-rəsmi şəkildə sata biləcəyimizi dedi.

O bildirdi ki, biz vergi vermədən bunları sata bilərik, lakin ona icazə vermədim. Malları anbara yığmışdıq, amma o, anbarın qapısının açarını dəyişib. Şirkətin məsuliyyət daşıyıcısı isə mənəm. Orada 663 min 600 yox, 90 min dəyərində mal var idi. Gömrük bəyannaməsi də məndədir.

Bu malları mən ordan çıxarmışam. Şirkətimin rəsmi mallarıdır, rəhbər olaraq aparmağa ixtiyarım var. Heç bir oğurluqdan söhbət gedə bilməz.

Həmin adam vergidən yayınmaq istəyib, amma mən ona müqavimət göstərmişəm. 2020-ci ilin martın 8-də o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. 17-ci Polis Bölməsinə məni çağırıblar və gedib sənədləri vermişəm. Orada da gördülər ki, bu adam mənə şər atıb”.

Qeyd edək ki, Moeinifard Seyidmohammad tanınmış həkimdir. Bakıda fəaliyyət göstərən "Zahra Clinic"in həkim-fizioterapevtidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.