Cənubi Qafqazda strateji boşluğu kim dolduracaq – Qərb mediası

Bu gün, 10:46           
Cənubi Qafqazda strateji boşluğu kim dolduracaq – Qərb mediası
Cənubi Qafqazda strateji vakuum yaranır və Avropa antidemokratik qüvvələrin bu regionda nüfuzunu möhkəmləndirməsinə mane olmalıdır. Alman Marşall Fondundan Elene Kintsuraşvili Rusiyanın regiondakı hegemon rolunun zəiflədiyini, Kremlə etibarın azaldığını yazır.

Müəllifin fikrincə, Ermənistanla Azərbaycan Moskvanın təsirindən uzaqlaşır, Gürcüstan isə Rusiyanın hibrid təsiri altında avtoritarizmə sürüklənir. Onilliklərdən bəri ilk dəfədir ki, Qərb dövlətlərinə regionda təhlükəsizliyə yön verməyə real imkan yaranır.

"Amma Moskva, Çin və İran bu boşluğa yenilənmiş rəqabətlə daxil olur. Avropanın indi necə hərəkət edəcəyi regionun sabitlik zonasına, yoxsa təsir uğrunda yeni döyüş meydanına çevriləcəyini müəyyən edəcək", – məqalədə deyilir.

Rusiyanın hibrid təsir alətləri
Müəllif Rusiyanın regiondakı hibrid təsir alətlərindən – hərbi iştirakından, konfliktləri manipulyasiya etməsindən, iqtisadi və mədəni təsirindən söz açır. Moskva 2022-ci ildə Ukraynada təcavüzkar müharibəyə başlayandan sonra ənənəvi rıçaqlar gücdən düşməyə başlayıb. Regional oyunçular da seçimlərini yenidən nəzərdən keçirməyə başlayıblar. Rusiyaya inamı azalan Yerevan ABŞ və Aİ-yə meyllənir. Bakının Moskva ilə əlaqələri kəskin pisləşib. Tbilisidə isə Moskva hibrid taktikayla nüfuz dairəsini möhkəmləndirir, Gürcüstanın belaruslaşması gedir, - müəllif yazır.

Məqalədə deyilir ki, güc boşluğu Çin kimi qeyri-demokratik gücləri də cəlb edir və Avropa İttifaqı qətiyyətlə hərəkətə keçməlidir. Məsələn, blok Azərbaycanı Ermənistandan keçməklə Naxçıvan eksklavı ilə birləşdirəcək TRIPP marşrutundan yararlanaraq sərmayəni və ticarəti sabitlik hədəfləri ilə uzlaşdıra bilər.

Xatırlatma

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP - "Tramp yolu"nun çəkilməsi nəzərdə tutulub. Bu marşrutun Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir. "Tramp yolu" Azərbaycanın "Zəngəzur dəhlizi" dediyi marşrutdur. Yerevan "dəhliz" termini qəbul etmir.

pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru