Bu ölkədə sürətli avtomobil yollarının tikintisinə trilyondan çox vəsait ayrılacaq
Bu gün, 10:34
Yaxın 6 il ərzində Rusiyada yüksək sürətli avtomobil yollarının tikintisinə bir trilyon rubldan çox vəsaitin ayrılması planlaşdırılır. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.
"Yüksəksürətli avtomobil yollarının yaradılmasına xüsusi diqqət yetirilir. Yaxın 6 il ərzində onların tikintisinə 1 trilyon rubldan çox büdcə və şəxsi vəsaitin ayrılması planlaşdırılır", - məlumatda deyilir.
Bu gün Rusiyada yüksək sürətli avtomobil yollarının ümumi uzunluğu təxminən 9 min km-dir. Nazirlik bəyan edib ki, altı ildən sonra bu rəqəm 10 min km-dən çox olacaq.