‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 10:48
İkinci Qarabağ müharibəsi qazisi Rəhimli Miranar İlqar oğlu “Azərbaycan Reallığı” vasitəsilə ölkə rəhbərliyinə müraciət edib. Qazi bildirib ki, Babək prospektində, “Rich Palze” binasında fəaliyyət göstərən “Lotto Lombard” şirkətindən avtomobil alıb. Onun sözlərinə görə, hər ay 1044 manat ödənişi vaxtında edib, yalnız bir dəfə iki aylıq gecikmə olub. Miranar Rəhimlinin sözlərinə görə, məhz həmin vaxt avtomobil qəza edib: “Dedilər narahat olma, sabah gəl, məsələ həllini tapacaq. Səhəri günü getdim, gördüm maşın ortada qalıb, sığorta olunmayıb. Sığorta pulunu da məndən alıb mənimsəyiblər”. Qazi qeyd edir ki, şirkət avtomobili təmir edib, lakin ona qaytarmayıb. Səbəb kimi isə guya maşına 16 min manat xərc çəkildiyini və bunun yarısını ödəməli olduğunu göstəriblər. “Qarabağ qazisi olduğumu dedim, onlar isə ‘bizim üçün qazi maraqlı deyil, get hara istəyirsən, şikayət et’ cavabı verdilər. Mən ödədiyim pulları da dövlətin mənə verdiyi qan pulundan ödəyirdim. Artıq il yarımdır süründürülürəm, amma heç kim mənim şikayətimə baxmır”, – deyə qazi bildirib. Rəhimli Mirağa İlqar oğlu Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək məsələnin ədalətli həllini xahiş edib.