Təbriz klubu Çempionlar Liqasına heç-heçə ilə başladı
Bu gün, 10:58
Futbol üzrə Asiya Çempionlar Liqasında I tura start verilib. Bakupost.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" Birləşmiş Ərəb Əmirliklərində "Əl-Əhli Dubay" klubunun qonağı olub. "Əl-Rəşid" stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə bitib. "Qızıl-qurdlar"ın heyətində 14-cü dəqiqədə Tomislav Ştrkal fərqlənib. Rəqibdən isə 65-ci dəqiqədə Qilerme adını tabloya yazdırıb. Təbriz klubunun hücumçusu Domaqoy Drojdek 51-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Qeyd edək ki, ötən mövsüm tarixində ilk dəfə İran çempionu olan "Traktor" komandası Çempionlar Liqasında növbəti oyununu BƏƏ-nin "Əl-Vahda" klubuna qarşı keçirəcək. Qarşılaşma sentyabrın 29-da Təbrizdə baş tutacaq.