Ramiz Mehdiyev və Əli Həsənov 31 il əvvəl rəqib olublar

18-07-2021, 18:44           
Ramiz Mehdiyev və Əli Həsənov 31 il əvvəl rəqib olublar
AMEA-nın prezidenti Ramiz Mehdiyev və PA-nın sabiq şöbə müdiri Əli Həsənovla bağlı yeni fakt üzə çıxıb.
Ramiz Mehdiyev və Əli Həsənov 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə eyni dairədən – 348 nömrəli Xanlıqlar seçki dairəsindən deputatlığa namizəd olublar.
R.Mehdiyev o zaman Azərbaycan SSR Elmlər Akademiyası İctimai Elmlər üzrə Elmi-İnformasiya Mərkəzinin şöbə müdiri, Ə.Həsənov isə Moskva Dövlət Universitetinin aspirantı idi.
Qeyd edək ki, oxuculara təqdim olunan bu fakt “Kommunist” qəzetində (9 sentyabr 1990-cı il, səh. 3) dərc olunub.
Məlumat konkret.az saytının araşdırması ilə üzə çıxıb və bir müddət əvvəl ictimailəşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru