Alim "uzunmüddətli COVID" təhlükəsi barədə

19-07-2021, 07:49           
Alim "uzunmüddətli COVID" təhlükəsi barədə
Mütəxəssis vurğulayıb ki, COVID-19-dan sonra IgM anticisimlərinin artması təcili surətdə həkimlərə müraciət etmək üçün siqnaldır.
Biotexnoloq və vaksin hazırlanması üzrə mütəxəssis Dmitri Kuliş "Radio Rossii" ilə söhbətində bildirib ki, xəstəlikdən sonra IgM anticisimlərinin artması "uzun COVID"in inkişaf etməsinin əlaməti ola bilər.

IgM anticisimlərinin səviyyəsi xəstəlik zamanı qalxır, sağaldıqda isə enir, uzunmüddətli müdafiə antitelləri IgG isə, əksinə, artır. Mütəxəssis vurğulayıb ki, COVID-19-dan sonra IgM anticisimlərinin artması təcili surətdə həkimlərə müraciət etmək üçün siqnaldır.

"Bu o deməkdir ki, bu qorxulu virus sizin orqanizminizin harasındasa ilişib qalıb və yayılmaqdadır. Bu yerdə isə mən artıq nəsə demək istəmirəm, dərhal müalicə həkiminin yanına qaçıb nə etmək lazım olduğunu müəyyənləşdirmək gərəkdir", - Kuliş deyib.
Biotexnoloq qeyd edib ki, öz təcrübəsində IgM anticisimlərinin xəstəlikdın 8-9 ay sonra da artdığının şahidi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru