İflic xəstələri üçün yeni danışma metodu hazırlanıb

21-07-2021, 00:09           
İflic xəstələri üçün yeni danışma metodu hazırlanıb
Kaliforniya Universitetində çalışan elm adamları iflic xəstələrinin danışması üçün yeni metod hazırlayıblar.

Aztibb.az 22century.ru saytına istinadən xəbər verir ki, mütəxəssislər iflic olmuş xəstənin beyin siqnallarını kompüterə ötürərək danışmasına nail olublar. “Bravo-1” kod adlı iflic xəstənin beyninə implant yerləşdirib. Beyindən səs tellərinə gedən yola yerləşdirilən implant, nitq siqnallarını tutaraq kompüterə köçürüb. Beləliklə, 15 il əvvəl danışma qabiliyyətini itirən şəxs "Bravo-1", kompüter vasitəsilə danışmağı bacarıb.

75% dəqiq olan metodla dəqiqədə 15 söz danışmaq olur. İnsanların ortalama danışıq sürəti dəqiqədə 150 - 200 söz arasındadır. Bu tədqiqatla beyindən alınan siqnallar ilk dəfə nitqə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru