Haiti prezidentinin qətlinə görə daha 3 nəfər saxlanılıb

21-07-2021, 07:31           
Haiti prezidentinin qətlinə görə daha 3 nəfər saxlanılıb
Haiti prezidenti Jovenel Moizin sui-qəsd yolu ilə öldürülməsinə görə həbs olunanların sayı 26 nəfərə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Haiti Milli polisinin rəhbəri Leon Şarl mətbuat konfransında açıqlama verib.

“Respublika prezidenti Jovenel Moizin qətlinin istintaqı ilə əlaqədar daha üç nəfər tutulub”, - deyə qurum rəsmisi bildirib.

Onun sözlərinə görə, tutulanların arasında polis məmurları da var, daha 7 polis əməkdaşı isə təcridxanaya yerləşdirilib, ancaq onların həbsi barədə hələlik söhbət getmir.

Qeyd edək ki, bundan əvvəl sui-qəsdə görə cinayətkar qrupun 23 üzvünün tutulması barədə məlumat verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru