Kariesin ölümcül təhlükəsi barədə xəbərdarlıq edilib

21-07-2021, 07:40           
Kariesin ölümcül təhlükəsi barədə xəbərdarlıq edilib
Dişdə karies xərçəng də daxil olmaqla, bir sıra ölümcül xəstəliklərə gətirib çıxara bilər.

Lenta.ru-nun məlumatına görə, bu barədə rusiyalı mütəxəssis, Sankt-Peterburqun baş diş həkimi Andrey Yaremenko xəbərdarlıq edib.

Onun sözlərinə görə, inkişaf etmiş karies vəziyyətində infeksiya bədənin hər tərəfinə yayılmağa başladığı üçün immunitet sisteminin bütün gücü bunun üzərinə cəmlənir. Bu vəziyyətdə bədən mütəmadi olaraq ortaya çıxan mutant şiş hüceyrələrinə qarşı (immunitet sistemi adətən onlarla uğurla mübarizə aparır) müdafiəsiz qalır.

Mütəxəssis çürük dişlərin xərçəngdən başqa, bakterial endokarditə, çənə sinuslarının xəstəliklərinə və yumşaq toxumaların irinli iltihabına səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru