Aralıq dənizi ölkələrində neçə yanğınsöndürmə təyyarəsi var?

30-07-2021, 19:52           
Aralıq dənizi ölkələrində neçə yanğınsöndürmə təyyarəsi var?
Qardaş ölkə Türkiyədə meşə yanğınları davam edir.

Bəzi ərazilərdə yanğınlar nəzarət altına alınsa da, təxliyyə edilən ərazilər və yanğının davam etdiyi ərazilər də az deyil. Türkiyənin nə qədər yanğınsöndürmə təyyarəsinin olması ilə bağlı ziddiyyətli açıqlamalar və məlumatlar var.

Türkiyənin yeganə havadan yanğınsöndürmə təyyarələrinə sahib olduğu bildirilən Gökçen Aviasiya inventarında 2009-cu ildə satın alınan 9 ədəd “CL-215 Bombardier” təyyarəsinin olduğu bildirilir.

Buna baxmayaraq, Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli 2019-cu ildə verdiyi açıqlamada bildirib ki, Türkiyənin meşə yanğınları ilə mübarizə aparacaq bir təyyarə donanması yoxdur və Türk Hava Birliyinin 6 ədəd “CL-215” model təyyarəsi var və bunlardan üçü istifadəsiz vəziyyətdədir.

Türkiyədəki yanğınsöndürmə təyyarələri ilə bağlı verilən xəbərlərdən sonra yazılı açıqlama verən Türk Hava Birliyinin nümayəndəsi bildirib ki, hazırda Antalyanın Manavqat rayonu da daxil olmaqla ölkənin müxtəlif bölgələrində 10 min litr tutuma malik 3 ədəd “Beriev BE-200” amfibiya yanğınsöndürmə təyyarəsi, 2500 min litr tutumlu 15 ədəd “Mi-8”, eləcə də 7500 min litr tutumlu 2 “CH-47 Chinook” ümumi təyinatlı helikopterlər olmaqla, Manavqat meşə yanğınlarına davamlı müdaxilə edir.

Maraqlıdır, Türkiyə kimi Aralıq dənizində sahili olan və isti havalar səbəbindən tez-tez meşə yanğınları ilə üzləşən digər ölkələrdə vəziyyət necədir?

Cebhe.info Aralıq dənizi ölkələrinin yanğınsöndürmə təyyarələri haqqındakı məlumatları araşdırıb.

*Yunanıstan
Yunanıstan bölgədəki ən böyük yanğınsöndürmə təyyarə parklarından birinə sahibdir. Belə ki, təyyarələr köhnə olsa da, “Canadair Bombardier”, “CL-215 Scooper”, “CL-415 Superscooper”, “CL-215” və “CL-415” təyyarəsindən ibarət 20 təyyarə aktiv istifadədədir.
“Canadair”in filosunda daha əvvəl 22 təyyarə var idi, ancaq onlardan 2 ədəd “CL-415” təyyarəsi qəzaya uğradı. Yunanıstanda Polşa istehsalı olan 18 ədəd “Pezetel” tipli yanğınsöndürmə təyyarəsi də var.

1983-cü ildən bəri istifadə edilən bu kiçik təyyarələr, xüsusən də yeni model “Canadair CL-415”-lərin gəlişindən sonra patrul-nəzarət missiyasına təyin edilir. Yanacaq çənlərində edilən dəyişikliklərlə 2,5 saatlıq uçuş müddəti 4,5 saata qaldırılıb.

*Fransa
Fransa Mülki Müdafiə sistemində yanğınsöndürən təyyarələrin sayı 29-dur. Bunlara 12 ədəd “Canadair CL415”, 10 ədəd “Grumman S-2 Tracker”, 4 ədəd “Dash-8 Q400” və 3 ədəd “Beechcraft King Air 200” daxildir. 2019-cu ilin avqustunda yanğınsöndürmə işləri zamanı qəzaya uğramış və pilotun ölümünə səbəb olan “Tracker” markalı təyyarələrin yerini 2020-ci ildə “Dash” model təyyarələri ilə əvəz edilib. Həmin vaxt Fransa daha 6 ədəd “Dash” model təyyarə alacağını açıqlamışdı.

Yeni nəsil yanğınsöndürmə təyyarəsi olaraq təqdim edilən “Dash” 10 ton su tutumuna malikdir. Bunlara əlavə olaraq, Fransanın materik və xaricdəki Korsika ərazisində 22 bazada fəaliyyət göstərən 40 ədəd “EC145” helikopter filosu da var. Donanmanın digər axtarış-xilasetmə və təcili tibbi müdaxilə vəzifələrinə lazım olduqda havadan yanğınsöndürmə daxildir.

*İspaniya
Aralıq dənizi iqliminin təsiri ilə tez-tez baş verən meşə yanğınları ilə mübarizə aparan İspaniyada 17 ədəd təyyarə var. İspaniyanın 14 ədəd “CL-215” və 3 ədəd “CL-415” olan “Canadair” donanması var. İspaniyada yanğınsöndürmə təyyarələri hava qüvvələri daxilində işləyir. Bundan əlavə, “Babcock” adlı beynəlxalq bir şirkət yanğınlarda İspaniyaya əhəmiyyətli dəstək verir. Eyni şəkildə İtaliyaya xidmət göstərən şirkətin İspaniyada 57 növ müxtəlif yanğınsöndürmə təyyarəsi var.

*İtaliya
“Canadair” 16 ədəd “CL-415” və 3 ədəd “CL-215”-dən ibarət 19 təyyarəsi ilə İtaliyanın yanğınsöndürmə donanmasında önə çıxır. “Babcock” şirkətinin İtaliyada yanğını söndürmək üçün 100-dən çox müxtəlif tipli təyyarəsi var. Bura kiçik, orta və böyük helikopterlər və təyyarələr daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.