Şok iddia:
31-07-2021, 08:36
Fort Detrikdəki ABŞ laboratoriyasından təhlükəli viruslar sızıb.
Axar.az xəbər verir ki, bu iddia ilə Çinin "People Daily" nəşri çıxış edib.
Qəzet qeyd edir ki, laboratoriya nasistlərin və Yaponiyanın "731 dəstəsi"nin bakterioloji silahları haqqında materialların saxlandığı bir hərbi bazadır. 2019 -cu ilin iyul ayında yaxınlıqdakı iki qocalar evində mənşəyi bilinməyən sətəlcəm xəstəliyi aşkar olunub və sürətli artım olub.
Eyni zamanda, mənşəyi bəlli olmayan tənəffüs xəstəliklərinin sayında əhəmiyyətli bir artım baş verib. Bundan sonra ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi Fort Detrikdəki laboratoriyanın bağlandığını rəsmən elan edib.
Nəşr iddia edir ki, laboratoriya təhlükəli virusun sızması səbəbindən bağlanıb. Lakin ABŞ rəsmi şəkildə bunu milli təhlükəsizliklə əlaqələndirib və hələ də sirr olaraq qalır.
Yeni növ koronavirusun ABŞ-da Çindən bir ay öncə yayıldığını da iddia edən "People Daily" ABŞ-ın araşdırmalardan və digər strukturlar tərəfindən yoxlanılmasından imtina etdiyini vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə Çində 500 mindən çox internet istifadəçisi gələcək epidemiyaların qarşısının alınması üçün ABŞ-ın Fort Detrik hərbi bazasındakı bioloji laboratoriyanın yoxlanılması tələbi ilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) açıq məktub ünvanlamışdı.
ABŞ laboratoriyasından təhlükəli viruslar sızıb