Britaniya alimlərindən dünyanı lərzəyə salan proqnoz: "Yeni ştamm..."
31-07-2021, 09:35
Böyük Britaniya hökumətinin fövqəladə vəziyyətlər üzrə məsləhətçiləri qorxunc proqnozla çıxış ediblər.
Teleqraf.com RİA-Novosti-yə istinadla xəbər verir ki, ingilis mütəxəssislərin fikrincə, koronavirusun 35 faiz ölümə səbəb olan yeni ştammı meydana çıxa bilər.
Alimlərin tərtib etdiyi hipotetik ssenariyə görə, koronavirus yox olmazsa və inkişafda davam edərsə, o, yeni variantlarını yaradacaq: "Əhalinin daha böyük qismində daha ciddi xəstəlik törədən variantdan söhbət gedir. Heyvan mənşəli SARS-CoV (ölüm nisbəti 10 faiz) və ya MERS-CoV (ölüm nisbəti 35 faiz) bu qəbildəndir".
Mütəxəssislər əlavə vaksin dozaları tətbiq etməklə, COVID-19 əleyhinə dərman yaratmaqla mümkün ssenarinin qarşısını almağı məsləhət görürlər.