Alimlər COVID-19-un bütün əsas ştamları üçün sprey yaradıblar

2-08-2021, 07:14           
Alimlər COVID-19-un bütün əsas ştamları üçün sprey yaradıblar
Estoniyanın “Icosagen” şirkəninin alimləri “delta” da daxil olmaqla, koronavirusun bütün əsas ştamlarından qoruyan “BioBlock” burun spreyi yaradıblar.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, yeni preparatın sınaqları uğurla başa çatıb.

"Bu günə qədər aparılan laboratoriya araşdırmaları təsdiq etdi ki, hazırlanmış burun spreyi Ümumdünya Səhiyyə Təşkilatının narahatlığəna səbəb olan koronavirusun bütün ştamlarından eyni dərəcədə yaxşı qoruyur", - şirkətin elmi direktoru Marta Ustava deyib.

Qeyd edilir ki, spreyin istehsalı Dərman Vasitələri Departamenti və Sağlamlıq Departamenti tərəfindən əlaqələndirilib, məhsulun texnologiyası patentləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru