Qrenlandiyanın buz təbəqəsi sürətlə əriyir

2-08-2021, 07:33           
Qrenlandiyanın buz təbəqəsi sürətlə əriyir
Qrenlandiyada havanın temperaturunun artması səbəbindən buz təbəqəsi sürətlə əriyir.

"Report"un məlumatına görə, bu barədə “Deutsche Welle” xəbər verib.

Məlumata görə, iyulun 28-dən bəri hər gün təxminən səkkiz milyard ton buz əriyib - bu, yay mösümündə gözləniləndən iki dəfə çoxdur.

Ötən çərşənbə günü – iyulun 28-də havanın rekord – 19,8 temperaturu qeydə alınıb. Ümumilikdə 2021-ci ilin yazında ada 100 milyard tondan çox buz itirib.

Qeyd edilir ki, əgər Qrenlandiyanın buz örtüyü tamamilə ərisə, dənizin səviyyəsi azı 6 metr artacaq. Nəticədə dünyanın sahilyanı şəhərləri su altında qalacaq, hərçənd onlar daim bu təhlükə ilə üz-üzədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru