Neft ucuzlaşır: Azərbaycanı hansı təhlükə gözləyir? - AÇIQLAMA

12-08-2021, 14:01           
Neft ucuzlaşır: Azərbaycanı hansı təhlükə gözləyir? - AÇIQLAMA
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,8 ABŞ dolları, yaxud 1,13% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 70,17 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Maraqlıdır, neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri necə olacaq?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, hazırda neftdə olan bahalaşma çox cüzidir:

“Bu birjalarda gedən proseslərdir. Müəyyən dövrlərdə neftin qiyməti qalxır, bəzən eniş də olur. Hazırda elə də təhlükəli məqam yoxdur. Nəzərə almaq lazımdır ki, büdcə xərcləri kifayət qədər sığortalanmış səviyyədə göstərilir. Ümumiyyətlə, bu dəqiqə neftin qiymətinin kəskin aşağı düşmə ehtimalı hələlik yoxdur. Hələ bu haqda təhlükə müşahidə olunmur.

İstər “OPEC+” formatında, istərsə də, tələb və təklif arasında olan nisbətin hər hansı bir problem yaratmağı nöqteyi-nəzərdən bir təhlükə yoxdur. Müəyyən eniş də birjalarda gedən prosesdir və bu, normal haldır. Ticarət mühitidir bu kimi hallar normaldır. O ki qaldı neftin qiymətinin Azərbaycan iqtisadiyyatına olan təsirinə, bu il neftin qiyməti kifayət qədər sığortalanmış bir səviyyətə götürülüb, 40 dollardır. Yəni qiymətin cüzi ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına ciddi bir təhlükəsi yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.