Şoyqunun “Taliban”çılarla FOTOsu yayıldı - Müdafiə naziri izahat verməli oldu

12-08-2021, 21:12           
Şoyqunun “Taliban”çılarla FOTOsu yayıldı -
Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Taliban”çılarla birgə fotosu iddiasını şərh edib.

Turkustan.az “Mk.ru”-ya istinadla xəbər verir ki, nazir Uzaq Şərq Dövlət Dəmiryolları Universitetinin tələbələri ilə görüşündə iştirakçılardan birinin internetdə tapdığı 30 il əvvəlki fotoşəkilə izah verib.

Həmin fotoda Şoyqu, müsahibinin dediyi kimi, "Taliban"çıların əhatəsində əks olunub.

Sergey Şoyqu radikal “Taliban” hərəkatının o dövrdə mövcud olmadığını vurğulayıb. “Yanında dayanan insanlar mücahidlər idi”.

Müdafiə nazirinin sözlərinə görə, şəkil Əfqanıstanın paytaxtı Kabildə çəkilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru