Ekspertdən XƏBƏRDARLIQ: “Qadın təlimçilərin 70%-i qeyri-peşəkardır”

13-08-2021, 10:06           
Ekspertdən XƏBƏRDARLIQ:
Qadınlar ictimai nəqliyyatdan istifadə edəndə sıxlıq, növbələr, avtobusların ağzına qədər dolu gəlməsi, işə gecikmələrə görə bir diskomfort yaşayırlar. Kişilər indi bir variant tapıb qucaq-qucağa da olsa hərəkət eləyirlər. Amma qadınlar bunu edə bilmirlər. Nəticədə işdən olurlar, söz götürürlər, işdə problem yaranır. Və ona görə bir az imkanı çatan xanımlar avtomobil seçimi etməyə başlayırlar, sürücülük təlimlərinə qoşulurlar” deyən nəqliyyat üzrə ekspert Elməddin Muradlı qadın sürücülərin artdığını da qeyd etdi və bu rəqəmin artıq 60 minə yaxın olduğunu diqqətə çatdırdı.

Bizim.Media-nın qadın təlimçilərin sayının artması ilə bağlı sualına cavabda isə ekspert bildirdi ki, tələbata uyğun olaraq qadın təlimçilərin sayı artıb.

Amma o təlimçilərin hamısı sürücüdürmü?

“Peşəkar təlimçidirmi? Xeyr. Problem bundadır ki, təlimçilərin hamısı sertifikatlı peşəkar təlimçi deyillər. Onların arasında seçim aparmaq lazımdır. Prezident İlham Əliyev tərəfindən imzalanmış yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında da əksini tapıb. Təlimçilər kimlər olmalıdır? Təlimçilər vaxtı-vaxtında təlimlərə cəlb olunmalı, onların özlərinə də təlim keçirilməli və sertifikatlar verilməlidir. Sertifikat əsasında isə fəaliyyət göstərməlidirlər.

Yəni, kimin əlində sertifikat varsa, o, təlimçidir. Digərləri isə güzəranı üçün çalışan insanlardır.

Sadəcə, 3-5 il qabaq maşın alıb, sürücülük bacarıqlarına güvənir və avtomobilin üzərinə təlim işarəsi qoyaraq təlimlər keçməyə başlayır. Onların 100-dən 70-i peşəkar deyil. Bu gün 100 xanım təlimçi varsa, tam səmimi şəkildə deyirəm onun 70-nin özünə təlim keçmək lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.