Ermənistan müharibəyə başlayır? - Ehtiyatda olan hərbçilər geri çağırıldı

13-08-2021, 12:36           
Ermənistan müharibəyə başlayır? -
Ermənistan hökuməti 2169 nəfərin iştirakı ilə ehtiyatda olan hərbçilərin təlim-məşq toplantısı təşkil etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı erməni mətbuatı yayıb.

Mənbə yazır ki, plana əsasən, birinci qrupun birinci kateqoriyalı ehtiyatda olan hərbi qulluqçuları üçün 3 ay müddətində - 25 avqustdan 25 noyabradək təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulur.

Təlim-məşq toplantısında 1164 əsgər, 254 gizir, 751 zabit olmaqla 2169 ehtiyatda olan hərbçi iştirak edəcək.

Təlim düşərgələrində motoatıcı, raket və artilleriya, kəşfiyyat, mühəndislik ixtisasları ilə ehtiyatda olan zabitlər, habelə rabitəçilər iştirak edəcək.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.