Rusiyanın özünü qoruyan lazımdır - Arşakyan

13-08-2021, 15:28           
Rusiyanın özünü qoruyan lazımdır - Arşakyan
Azərbaycan bütün dünya ilə dost olub ordusunu inkişaf etdirdi, Ermənistan isə həmin illər ərzində Rusiyadan "metalalom" aldı. İşlək, yeni nə var idisə, onları bizim “məğrur” əsgərlərimiz döyüş meydanında qoyub qaçdılar. Həmin hərbi texnika da Azərbaycana qaldı. Biz hazırda Rusiyaya görə bu gündəyik.

Axar.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Tevos Arşakyan yazıb.

Onun sözlərinə görə, Ermənistan illərdir kor-koranə Rusiyanın çəkdiyi yolla getdi və sonda hər şeyini itirdi.

“Elə bilirsiz Ermənistan müharibədə uduzduqdan sonra nəyisə başa düşdü? Səhv edirsiz. Ermənistan müdafiə naziri ilk rəsmi səfərini hara etdi? Əlbəttə ki, Moskvaya. İrəvan hələ də inanır ki, Rusiya onu qoruyacaq. Üzr istəyirəm, Moskva o gündədir ki, onun özünü qoruyan lazımdır. Rusiya ordusu ağlar vəziyyətdədir. Bu cür vəziyyətdə olan ölkə Ermənistanın ordusunu modernizə edəcək? Gülməlidir”, - erməni ekspert qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru