Azərbaycanın xaricdə nə qədər ehtiyatı var? - “Bilmirik ki…”

13-08-2021, 21:04           
Azərbaycanın xaricdə nə qədər ehtiyatı var? - “Bilmirik ki…”
Azərbaycanın ehtiyatlarının təxminən 20 milyarda qədərini təsdiqləmək olmur.

Rusiyanın beynəlxalq ehtiyatları 6 avqust 2021-ci il tarixinə 0,3 milyard dollar azalaraq 599,3 milyard dollara düşüb. İyulun 30 -da beynəlxalq Rusiya Mərkəzi Bankının ehtiyatları 599,6 milyard dollar idi.

Rusiya Federasiyasının beynəlxalq ehtiyatları Mərkəzi Bankın və Rusiya hökumətinin yüksək likvidli xarici aktivləridir - xarici valyutalardan, xüsusi hüquqlardan (SDR), BVF -dəki ehtiyat mövqeyindən və qızıldan ibarətdir.

Azərbaycanın nə qədər ehtiyatı var və pandemiyanın mövcud ehtiyatlara təsiri olubmu?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, mütəxəssislər Azərbaycan hökumətinin elan etdiyi ehtiyatları öyrənməkdə çətinlik çəkirlər:

"Çünki bu ehtiyatları bəzən 56 milyard, bəzən 45 milyard, indi də 40 milyard dollar olduğunu deyirlər. Bütün Avropa ölkələrinin valyuta ehtiyatlarının və aktivlərini harda, nəyə yatırıldığını hesablaya bilirik. Ancaq Azərbaycanın ehtiyatlarının təxminən 20 milyarda qədərini təsdiqləmək olmur. Bu, pandemiyanın təsiri altında səhmlərə yatırılıbsa, səhmlər ucuzlaşdı, danışmaz əmlaka yatırılıbsa, daşımaz əmlak da ucuzlaşdı. Yəni son il yarımda hər şey dəyər itirdi.

Ona görə də Azərbaycan hökumətinin aktivləri azalıb. Ancaq bu azalma barədə nə hökumət müəyyən açıqlamalar verir, nə də biz onun azaldığını müəyyənləşdirə bilirik. Hər bir şeyin dəyəri var, nominal olaraq ötən il hesabladığımız dəyəri bu ilə şamil edə bilmərik. Məsələn, ötən il 100 min dollar olan daşınmaz əmlak indi 80 min dollara düşüb. Hökumətin məlumatına görə, 40 milyard dollar aktivlərdədir, yəni səhmlərdə, daşınmaz əmlakdadır. Ona görə də biz dəqiq məlumat ala bilmirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.