Çirkli çimərliklər açıqlandı - Siyahı

13-08-2021, 21:17           
Çirkli çimərliklər açıqlandı - Siyahı
Çimərlik ərazilərindəki dəniz suyunun keyfiyyətinin yoxlanılması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.

Yenisabah.az xəbər verir ki, İdarənin rəisi Nazim Mahmudov bildirib ki, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb:

“Aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir.

Şıx, Türkan, Hövsan, Pirşağı, Corat çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri isə bakterioloji cəhətdən çirkli müəyyən edilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru