Azərbaycanda "Delta" təhlükəsi: “Reanimasiyalar doludur, ölüm sayı artacaq”

19-08-2021, 14:54           
Azərbaycanda "Delta" təhlükəsi:
"Dünya ölkələrində səhiyyə sistemlərinin koronavirusun “Delta” ştammına qarşı effektiv mübarizəyə gücü çatmır".
Bunu Cenevrədə keçirilən ənənəvi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adhanom Qebreyesus bəyan edib
O bildirib ki, “Delta” ştammı koronavirus əleyhinə tədbirləri, dünya ölkələrinin kollektiv reaksiyasını qabaqlayır. Ştamm sürətlə yayılır, yoluxuculuğu daha artıqdır.Daha bir problem isə vaksin çatışmazlığı yaşayan ölkələrdir.
ÜST rəhbəri bir daha dünya dövlətlərini aşağı və orta gəlirli ölkələrə peyvənd yardımına çağırıb, ehtiyacdan artıq dozaların alınmasından imtinaya dəvət edib. Hazırda Azərbaycanda “Delta” ştammı yayıldığına və son günlər yoluxma dinamikasında artım müşahidə olunduğuna görə, vəziyyətin necə olacağı müzakirə mövzusudur.
Bununla bağlı Cebhe.info-ya danışan infeksionist Mərdan Əliyev bildirib ki, “Delta” ştammı ilə bağlı məsələ ciddidir:

“Burada sürətli yayılma amili var. Koronavirus bütün dünyada, o cümlədən qonşu ölkələrdə sürətlə yayılır. Xüsusən də Gürcüstan və Rusiya daha acınacaqlı vəziyyətdədir.
Azərbaycanda karantin qaydalarının yumşaldılmasından sonra gördük ki, virus yayılmağa başladı. Ölkəmizdə virus bu qədər sürətlə hələ artmamışdı. Təbii ki, bunun əsas səbəbi “Delta” ştammıdır. Çünki bu ştamm digərlərindən 40-60 faiz daha sürətlə artır. Bu o deməkdir ki, əvvəl virusu bir nəfər üç nəfərə yoluxdururdusa, indi sözügedən ştammı üç nəfərdən çox adam yoluxdurur”.
Həkim bildirib ki, əhalidə arxayınlaşma var:
“Əvvələr insanlarda qorxu, məsuliyyət vardı, amma indi sanki virus onlar üçün adiləşib. Buna görə də çoxları tibbi maska taxımır, özlərini qorumurlar. Belə məqamda birinci günahı yoluxanlarda görürəm. Çünki kim yoluxubsa, deməli özünü qoruya bilməyib. Düzdür, bəzi hallarda insanlar bilmədən yoluxur. Amma belə hallar olduqca azdır”.
İnfeksionist əlavə edib ki, indiyədək virusla bağlı belə ağırlaşmalar müşahidə edilmirdi:
“Amma indi və bundan sonra ağırlaşma və ölüm halları müşahidə edilir və ediləcək. Virusla bağlı xəstəxanalara müraciət edənlərin sayı çoxalıb. Reanimasiyaların viruslu xəstələrlə dolu olması onu göstərir ki, ölüm sayı artacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.