ÜST fikirləri alt-üst etdi: 3 və 4-cü doza vaksin vurulmayacaq? - AÇIQLAMA

19-08-2021, 14:06           
ÜST fikirləri alt-üst etdi:
"Dünya ölkələrində səhiyyə sistemlərinin koronavirusun “Delta” ştammına qarşı effektiv mübarizəyə gücü çatmır".
Bunu Cenevrədə keçirilən ənənəvi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adhanom Qebreyesus bəyan edib. ÜST rəhbəri bir daha dünya dövlətlərini aşağı və orta gəlirli ölkələrə peyvənd yardımına çağırıb, ehtiyacdan artıq dozaların alınmasından imtinaya dəvət edib.
Dünya ölkələridə vaksin çatışmazlığı və ÜST rəsmisinin belə bəyanatı 3 və 4-cü doza vaksinini vurdurmamaq üçün əsas verə bilərmi?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm bildirib ki, ÜST rəsmisinin bu barədə belə çıxış etməsi o demək deyil ki, vaksinin təsiri yoxdur:
“Vaksin olunmuş şəxs xəstəliyi yüngül keçirir. Vaksin olunanlar arasında demək olar ki, ölüm halı yoxdur. "Pfizer"lə vaksinləşən adamlarda ümumiyyətlə, yoluxma olmur. Hazırda ABŞ və Norveç kimi ölələr lazım olandan iki dəfə artıq vaksin ehtiyatı toplayıb. Digər ölkələr isə vaksinin nə oluğunu bilmirlər.
Fakt budur ki, kasıb ölkələr vaksinsiz qalıblar. Azərbaycan koronavirus əleyhinə peyvənd təşəbbüsü COVAX proqramına qoşulan ilk 50 ölkədən biridir və kasıb ölkələrə yardım məqsədilə milyon dollar həcmində COVAX-a ianə edib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.