Bu nazirliklərə niyə hələ də nazirlər təyin olunmayıb? - AÇIQLAMA

19-08-2021, 16:41           
Bu nazirliklərə niyə hələ də nazirlər təyin olunmayıb? - AÇIQLAMA
Bildiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə hələ də nazirlər təyin olunmayıb. Səhiyyə nazirliyində əvəzedici olsa da, Gənclər və İdman Nazirliyində o da yoxdur. Bunun mənfi nəticəsini elə TOKİO-2020 oyunlarında gördük. Bəs niyə hələ də nazirlər təyin olunmayıb?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən millət vəkili Razi Nurullayev bildirib ki, nazirlərin təyin edilməsi dövlət başçısının səlahiyyətindədir:

"Nazir təyin etmək dövlət başçısının səlahiyyətində olan məsələdir. Prezidentin bu sahədə hansı işləri görəcəyini bilmirəm. Nazirlərin təyin olmasının gecikməsinə nəyin səbəb olduğunu bilmirəm. Bu məsələlər Prezidentin özünə məlumdur.


Onu deyə bilərəm ki, idman sahəsində xeyli geriləmə oldu. Son 30-40 ildən bəri bu sahədə ən pis nəticəni göstərdik. Bu gün gənclər təşkilatları da çox güclü iş apara, cəmiyyətə təsir göstərə bilir.

Düşünürəm ki, gənclər və idman sahəsində islahatlara ehtiyac var. Bu məsələdə yanaşma elə olmalıdır ki, nazirliyin fəaliyyətindən bütün gənclər yararlana və müəyyən bir problemlərinə çarə tapa bilsinlər. Gənclərlə iş heç də onları 4 divar arasına yığıb, yaxud da "Zoom"da onlarla görüş keçirdib, yuxarıdan aşağı mühazirə deməklə olmamalıdır. Bu gün artıq o dövr keçib.

Düşünürəm ki, bu sahələrdə müəyyən islahatlar olacağı üçün də həmin təyinatlarda gecikmələr olur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.