Nə üçün koronavirus daha çox kişiləri öldürür?

21-08-2021, 07:45           
Nə üçün koronavirus daha çox kişiləri öldürür?
Kişilərdə, hormonal sistemin xüsusiyyətlərinə görə, koronavirusdan ölmə ehtimalı qadınlardan daha yüksəkdir.

Bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok Ura.ru saytına müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır.

“Onlarda antikor istehsalının səviyyəsi bir qədər aşağıdır”, - deyə mütəxəssis qeyd edib.

Bolibok qadınların immunitet sisteminin virusa təsir etdiyini, anticismlərin yoluxmuş hüceyrələrə nüfuz etməsinin daha asan olduğunu vurğulayıb.

“Bu qadına xas xüsusiyyətin digər tərəfi də var – onlarda anticismlər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərə daha çox rast gəlinir”, - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru