Sabiq nazirin həyat yoldaşına məxsus özəl məktəbin borcları AÇIQLANDI

3-09-2021, 00:01           
Sabiq nazirin həyat yoldaşına məxsus özəl məktəbin borcları AÇIQLANDI
Azərbaycanın tanınmış təhsil ocaqlarından olan "Qərb Universiteti Tam Orta Məktəbi"nin (VÖEN – 1701174541) dövlət büdcəsinə 6 min 311 manat 30 qəpik vergi borcu var.
Sozcu.info xəbər verir ki, bu barədə məlumat Dövlət Vergi Xidməti tərəfindən açıqlanıb.
Məlumat üçün bildirək ki, “Qərb Universiteti Tam Orta Məktəbi” MMC 07.02.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, ev 27-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bağırova Liana Vadim qızıdır.
Onu da bildirək ki, Bağırova Liana Vadim qızı sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun həyat yoldaşıdır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru