Ləzgi igidlərinin Bakılı molla və ailəsini hayların qırğınından xilas etməsi: «Ya Məhəmməd..

Bu gün, 16:54           
Ləzgi igidlərinin Bakılı molla və ailəsini hayların qırğınından xilas etməsi: «Ya Məhəmməd..
"Bakıda qırğın daha da şiddətlənərkən erməni tayfasından silahlı bir dəstə şəhərin küçələrində dolaşaraq hambalları və əlsiz-ayaqsız qocaları tutub öldürürdü. Həmin vaxt Bakının din xadimlərindən birisi öz qonşularında olan övrət və uşaqları, eləcə də qocaları öz evinə cəm edib, darvazanı bağlamışdı.
Bundan xəbər tutan erməni dəstəsi mollanın evinin yanına çatarkən belə qərara gəldilər ki, Lalayevin əvəzini çıxmaq üçün bu mollanın evindəki övrət və uşaqları öldürüb, evinə od vurub yandırsınlar. Bu əzm ilə evin darvazasını sındırıb içəri girmək istəyərkən, o biri tərəfdən ləzgi tayfasından bir dəstə onların üstünə gəldi.
Onlar erməniləri öldürüb, mollanın evində olan övrət-uşaqları erməni şərindən xilas etdilər. Ondan sonra ləzgilər xəncərlərini erməni qanından pak edib üz tutdular göy səmtinə və ərz elədilər ki, «Ya Məhəmməd, atamız-anamız sənə fəda olsun, sənin dininin düşmənlərini məhv edib, cəhənnəmə vasil etdik. Bizdən razı oldunmu?» Xülasə, həmin müdafiə günündə ləzgi tayfasının Bakı müsəlmanlarına köməyi çox oldu. Həmin gün onlardan beş nəfər şəhid oldu."
Mir Möhsün NƏVVAB, "1905-1906-ci illərdə erməni-müsəlman davası"
Milli Kimlik
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru