Gündüz yuxusu neçə dəqiqə olmalıdır? - Həkimdən AÇIQLAMA
Bu gün, 17:58
"Gündüz yuxusunun optimal davametmə müddəti 10-20 dəqiqədir".
Bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya "RİA Novosti"yə açıqlamasında danışıb.
Onun sözlərinə görə, bu müddət istirahət və gücün bərpası üçün kifayətdir. Daha uzunmüddətli gündüz yuxusu isə əks təsir göstərə, oyandıqdan sonra süstlük və yorğunluq yarada bilər.
Həkim vurğulayıb ki, gündüz yuxusunun faydalı olması üçün gecə yuxusunun da kifayət qədər olması vacibdir. O əlavə edib ki, yuxusuzluq məlumatı yadda saxlamaq qabiliyyətini ciddi şəkildə zəiflədir.
Demyanovskaya həmçinin qeyd edib ki, yuxusuzluğa səbəb ola biləcək yuxu-oyanma dövrlərinin pozulmaması üçün şəxsi gündəlik rejim nəzərə alınmalıdır.