Koronavirusa yoluxanlar bu halda dərhal təcili yardım çağırmalıdırlar - AÇIQLAMA

3-09-2021, 00:04           
Koronavirusa yoluxanlar bu halda dərhal təcili yardım çağırmalıdırlar - AÇIQLAMA
Xəstələr çox yorğundurlarsa, hərəkət edə bilmirlərsə, qızdırmaları düşmürsə, nəfəs darlığı başlayıbsa, təcili yardıma zəng etməlidirlər. Onların klinikaya yerləşmələri tövsiyə olunur.

Cebhe.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, uzman terapevt Zakir Quliyev deyib.

O bildirib ki, xəstələr ilk növbədə öz bədənlərində baş verən dəyişiklikləri hiss etməli, bilməlidirlər:

"Qızdırma, öskürək olduqda qorxmaq, panikaya düşmək lazım deyil. Qızdırma bütün virus mənşəli xəstəliklərdə müşahidə edilə biləcək simptomdur. Xəstələrə tövsiyə edirik ki, əgər, qızdırma hərarət salan dərmanlara cavab verirsə, yəni dərmanlar vasitəsilə qızdırma düşürsə, o zaman bu qızdırmadan qorxmasınlar. Həmçinin, nəfəsi 10 saniyənin üzərində saxlaya bilirlərsə, panikaya düşməsinlər. Yox əgər, evdə müalicə alan xəstələrdə qızdırma düşmürsə, nəfəs alarkən öskürək, qıcıqlanma olursa, dərhal təcili yardım çağırmaq lazımdır. Bəzən xəstələr klinikaya yatmaqda gecikirlər. Bu məsələ çox önəmlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru