Azərbaycanda vurulan “Pfizer”də seriya problemi? – İddiaya rəsmi cavab
11-09-2021, 00:40
Azərbaycan vətəndaşı ölkəmizdə koronavirus əleyhinə vurdurduğu “Pfizer” vaksinin xaricidə tanınmadığını iddia edib.
Vətəndaş sosial şəbəkədə bildirib ki, vaksin pasportunu xaricdə qəbul etməyiblər, səbəb kimi isə vurulan “Pfizer” vaksininin seriya nömrələrinin eyni olması göstərilib. Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, Azərbaycan Respublikasına COVID-19 xəstəliyi əleyhinə vaksinlər mərhələli şəkildə gətirilir:
“COVID-19 vaksin sertifikatı”nda qeyd olunan seriya nömrələri ölkəyə gətirilən vaksin partiyalarının nömrələrini bildirir. Vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda “COVID-19 vaksin sertifikatı”nda da birinci və ikinci dozaların seriya nömrələri eyni olur”.
Məlumdur ki, “Pfizer” əsasən xaricə gedə bilmək üçün vurulur, ancaq indi də məlum olur ki, seriya nömrələri eyni olduguna görə peyvənd tanınmır.
Əgər sertifikatda nömrələrin eyni olması dünyada qəbul edilən qaydadırsa, o zaman şəxsin vaksin sertifikatı niyə tanınmayıb? Əgər dünyada qayda elə deyilsə, o zaman Azərbaycan niyə bu məsələni həll etmir?
Mövzu ilə bağlı İcbari Tibbi Sığortanın mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, hazırda vaksinasiya prosesi mərhələli şəkildə həyata keçirilir:
"Həmin iddia edən şəxs vaksini harada vurdurduğunu da qeyd etməlidir ki, normal araşdırılma aparılsın. Hazırda bütün dünyada qayda belədir. “COVID-19 vaksin sertifikatı”nda "Pfizer" vaksininin birinci və ikinci dozaların seriya nömrələri eyni olur”.
Semra Ələkbərli
Cebhe.info