Əfqanıstanda müqavimət qüvvələri Pəncşirin 3 rayonunu "taliblər"dən geri alıb

11-09-2021, 08:11           
Əfqanıstanda müqavimət qüvvələri Pəncşirin 3 rayonunu "taliblər"dən geri alıb
Əfqanıstanın şimalındakı Pəncşir əyalətində “Taliban”a qarşı döyüşən milli müqavimət qüvvələrinin dəstələri regionun üç rayonunu “radikallar”dan geri alıblar.

“Report” xəbər verir ki, bu barədə yerli “Afghanistan Times” qəzeti bildirib.

Qəzetin mənbələrinin məlumatına görə, döyüşçülər Pəncşirin şimal və şimal-şərq hissələrində yerləşən Dara, Abşar və Paryan rayonlarını “Taliban” silahlılarından təmizləyiblər. Qeyd edilir ki, milli müqavimət qüvvələrinin silahlıları ağır döyüşlər nəticəsində "Taliban”ın onlarla döyüşçüsünü məhv edib.

Qeyd edək ki, ABŞ-ın bir neçə ay əvvəl öz qoşunlarını Əfqanıstandan çıxaracağını elan etməsindən sonra "Taliban" hərəkatı ölkədə hökumət qüvvələrinə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də Əfqanıstan prezidenti Əşrəf Qani səlahiyyətlərini təhvil verərək ölkəni tərk edib və “taliblər” döyüşsüz Kabilə giriblər.

Lakin radikallarının hakimiyyəti ilə razılaşmayanlar Əhməd Məsudun başçılığı ilə Pəncşirdə müqavimət təşkil ediblər.

Bazar ertəsi “taliblər”in nümayəndəsi Zabihulla Mücahid Pəncşirin tamamilə "Taliban"ın nəzarəti altına keçdiyini və buna görə Əfqanıstanda müharibənin başa çatdığını elan edib. Öz növbəsində Məsud Əfqanıstanın bütün sakinlərini ümumi üsyana çağıraraq bildirib ki, radikallarla hərbi qarşıdurma davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru